Gürcüstan rəsmisi: Orta Dəhlizin strateji əhəmiyyəti artıb
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Orta Dəhlizin qlobal ticarət sistemindəki strateji əhəmiyyəti əsaslı şəkildə artıb. Bu marşrut artıq alternativsiz nəqliyyat qovşağına çevrilib və dəhlizə olan tələbat əhəmiyyətli dərəcədə artıb.
AZƏRTAC xəbər verir ki, bunu Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumu çərçivəsində təşkil olunan “Dənizlərdən dəhlizlərə: Qlobal ticarətin yeni coğrafiyası” adlı paneldə çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani deyib.
O, forum çərçivəsində dövlət və biznes sektorlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri arasında səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır
- 01.10.2026 [13:24]