Çində istismar müddəti bitmiş 4 təyyarə satışa çıxarılıb
Pekin, 7 sentyabr, AZƏRTAC
Çində istismardan çıxarılmış 4 sərnişin təyyarəsi 4 milyon yuan (təxminən 600 min ABŞ dolları) başlanğıc qiymətlə paket şəklində “Alibaba” onlayn ticarət platformasında hərraca çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Çin aviasiya şirkətlərinin vaxtilə istifadə etdiyi “Airbus” A321, A320, A319 və “Boeing 737-700” təyyarələri hazırda Çunçin şəhərindədir.
"Təyyarələrin 10 ildən çox yaşı var və bütün sənədləri var. Hərracın məqsədi onların təkrar istifadəsinə imkan yaratmaqdır. Satıldıqdan sonra təyyarələr müxtəlif mədəni və turizm məqsədləri, məsələn, yaradıcı kafe və restoranlar üçün uyğunlaşdırıla və ya aviasiya məktəbləri tərəfindən simulyasiya təlimi üçün istifadə edilə bilər", - deyə hərracı idarə edən şirkətin meneceri “Global Times” qəzetinə bildirib.
Sentyabrın 8-də başlayacaq hərrac bir sutka davam edəcək.
Qeyd edək ki, mülki təyyarələr uçuş saatlarına, uçuş və eniş dövrlərinə və ya xidmət illərinə görə istismardan çıxarılır. Nisbətən yaxşı vəziyyətdə olan sərnişin təyyarələri əsaslı təmirdən keçirilərək yük təyyarəsinə çevrilir. Artıq uçuşa yararsız hesab edilənlər isə "təkrar emal səyahətinə" çıxır. Təyyarənin hissələrinin və materiallarının təxminən 90 faizi bərpa oluna və təkrar istifadə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [19:40]
İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var
- 07.09.2026 [19:33]
Gürcüstan rəsmisi: Orta Dəhlizin strateji əhəmiyyəti artıb
- 07.09.2026 [19:24]
İraq neft ixracında Hörmüz boğazından asılılığı azaltmağı planlaşdırır
- 07.09.2026 [18:03]
BMT rəsmisi: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər
- 07.09.2026 [18:00]
Fransada əməkhaqqı yığımlarının vergiyə cəlb edilməsi gündəmdədir
- 07.09.2026 [16:56]