Hacıqabulda yol qəzası olub, ölənlər və yaralılar var
Hacıqabul, 8 sentyabr, AZƏRTAC
Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə