Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir
Bakı, 8 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında liqa mərhələsinə bu gün start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə “Real Madrid” İspaniyada İtaliya təmsilçisi “İnter”i qəbul edəcək.
Günün digər oyunlarında Yunanıstan AEK-i Avstriyanın LASK, Belçikanın “Brügge” kollektivi İngiltərənin “Aston Villa”, Almaniyanın “Borussiya Dortmund” komandası İspaniyanın “Vilyarreal” klubunu sınağa çəkəcək.
Portuqaliya təmsilçisi “Portu” İngiltərənin “Mançester Siti” klubu ilə, “Lill” isə Fransada İspaniyanın “Betis” kollektivi ilə qarşılaşacaq.
8 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
20:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
23:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya)
23:00. “Borussiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya)
23:00. “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
23:00. “Lill” (Fransa) – “Betis” (İspaniya)
Qeyd edək ki, I turun digər görüşləri sentyabrın 9-u və 10-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” isə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]