Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır
Bakı, 8 sentyabr, AZƏRTAC
COP31-ə doğru irəlilədiyimiz bir dövrdə hökumətlər, FAO və digər beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, elmi-tədqiqat dairələri və özəl sektor arasında əməkdaşlığı daha da gücləndirməliyik. Biz yalnız texnologiyaya deyil, eyni zamanda, məlumat infrastrukturuna, insan kapitalına, institusional potensiala və rəqəmsal bacarıqlara sərmayə qoymalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya:İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, bu transformasiya fermeryönümlü və inklüziv olmalıdır. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər rəqəmsal transformasiyanın yaratdığı imkanlardan faydalana bilməlidir: "Müzakirə etdiyimiz transformasiya yalnız texnoloji dəyişiklikdən ibarət deyil. Düzgün məhsul istehsalı, resursların idarə edilməsi, risklərin qabaqcadan müəyyənləşdirilməsi və fermerlərə düzgün və vaxtında dəstəyin göstərilməsi ən vacib məsələlərdəndir. Bizim məsuliyyətimiz innovasiyanın dayanıqlılığa, məlumatın daha düzgün qərarların qəbuluna, texnologiyanın isə nəticə etibarilə insanlara xidmət etməsini təmin etməkdir", - deyə M.Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]