Külli miqdarda narkotik vasitənin Suriyadan İordaniyaya keçirilməsinin qarşısı alınıb
Qahirə, 7 sentyabr, AZƏRTAC
Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin Suveyda vilayətində keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin İordaniyaya qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, narkotik vasitələrin İordaniyaya idarə olunan hava şarları vasitəsilə göndərilməsi planlaşdırılıbmış.
Əməliyyat zamanı 44 kiloqram narkotik tərkibli həşiş, 218 min kaptaqon həbi, həmçinin GPS cihazları aşkarlanaraq müsadirə edilib.
Sentyabrın 3-də Suriyanın Hələb vilayətində Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında iştirak edən 2 şəxsi də saxlayıb. Onların üzərindən 82 kiloqram kaptaqon həbi aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]