“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
“Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.