Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər VİDEO

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Son illər Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunda böyük inkişaf göz qabağındadır. Xüsusilə Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması bu sahənin nəzərəçarpacaq dərəcədə inkişafına təkan verib.

Qeyd etməliyik ki, əvvəlki dövrlərdə ölkəmizin QHT sektorunda vəziyyət o qədər də ürəkaçan deyildi. Bəzi QHT-lər xarici dairələrin təsirinə düşür, Azərbaycanın maraqlarına zidd fəaliyyətlərə cəlb olunur, ölkəmizin imicinə xələl gətirən addımlar atırdılar. İndi isə QHT sektorunda müsbət istiqamətdə böyük canlanma müşahidə olunur. Bu gün yüksək xarici dil bilmə qabiliyyətinə, geniş dünyagörüşünə və təfəkkürə malik, savadlı QHT nümayəndələri beynəlxalq tədbirlərdə uğurla iştirak edir, Azərbaycanın haqq səsini, haqlı mövqeyini, mövcud reallıqları bütün dünyaya olduğu kimi çatdırır, ölkəmizin əleyhinə olan fəaliyyətlərə qarşı səmərəli mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda ATƏT sədrinin çağırışı ilə Polşada keçirilən İnsan ölçüsü üzrə Varşava Konfransında bunun bir daha şahidi olduq. Azərbaycanın QHT nümayəndələrinin həmin konfransda fəal iştirakı, onların ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair məruzələri bunu bir daha göstərdi. Belə ki, tədbir çərçivəsində oktyabrın 2-də keçirilən “Demokratik təsisatlar” mövzusunda birinci panel iclasında Azərbaycanın vətəndaş cəmiyyəti fəalı Orxan Amaşov ötən ay Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”nə toxunaraq deyib: “Heç bir dövlət öz suveren ərazilərində hər hansı bir qeyri-qanuni qurumun mövcudluğunu və ya bu qurumun keçirdiyi “seçkiləri” məqbul hesab edə bilməz və etməməlidir. Qanunun aliliyi təmin olunmalıdır və həmin dövlətin Konstitusiya quruluşu onun bütün suveren ərazisinə tətbiq edilməlidir. Otuz ildən artıq müddətdə qonşu Ermənistanın Azərbaycan ərazisində həm maddi, həm də hərbi dəstək verdiyi separatçı xunta rejimi hədsiz cəzasızlığa məruz qalıb.

Bu il sentyabrın 9-da “Dağlıq Qarabağ respublikası” adlanan qeyri-qanuni və qondarma qurum Azərbaycanın Qarabağ bölgəsində saxta seçkilər keçirib. Xoşbəxtçilikdən beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in üzvü olan bir çox dövlətlər və Avropa İttifaqı bu seçkiləri pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini bir daha vurğulayıblar. Bəyan ediblər ki, “seçkilər”in keçirildiyi həmin çərçivə tamamilə qəbuledilməzdir”.

QHT nümayəndəsi təəssüflə bildirib ki, lakin ATƏT-in özü bu saxta “seçkiləri” pisləyən bəyanatla çıxış etməyib.

Bu gün Qarabağ ərazisində tərk-silah və reinteqrasiya tədbirlərinin davam etdirildiyini söyləyən O.Amaşov bildirib: “Sentyabrın 28-də separatçı qurum özünün buraxıldığını elan edib. İndi əsas məsələ Qarabağ ərazisində infrastrukturun reinteqrasiyası ilə yanaşı, həm də Qarabağın yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin Azərbaycanın Konstitusiyası, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində təmin olunması və qorunmasıdır. Bölgənin idarə olunmasında Qarabağın erməni əhalisinin iştirakının da təmin olunması vacib məsələdir. Hazırda reinteqrasiya prosesi davam edir və ümid edirik ki, baş verən son hadisələr zamanı Qarabağı tərk edən və özlərini Qarabağ erməniləri hesab edən insanlar geri qayıdaraq Azərbaycan vətəndaşları olacaqlar. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün nəhayət çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması baxımından gözəl imkanlar yaradır”.

Oktyabrın 3-də “Fundamental azadlıqlar” mövzusu üzrə ikinci panel iclasında çıxış edən Azərbaycandan olan vətəndaş cəmiyyəti fəalı Adnan Hüseyn deyib: “Bu gün biz demokratiya və azadlıq üçün mühüm əhəmiyyət kəsb edən fikir, ifadə, media azadlığı, jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həlli barədə danışdıq. Medianın Qarabağla bağlı qərəzli münasibətini, Azərbaycanı tez-tez ittiham etməsi və onilliklər boyu beynəlxalq səviyyədə tanınmış torpaqlarımızın işğalı zamanı üzləşdiyimiz ədalətsizliyə məhəl qoymadığını görmək insanı məyus edir. Bunlar belə bir sual doğurur ki, beynəlxalq ictimaiyyət medianı qeyri-dəqiq izləyir, yoxsa medianın səriştəsizliyinin qurbanıdır?”.

Fevral ayında Şuşaya səfər edən gənc kanadalı jurnalist haqqında danışan Adnan Hüseyn bildirib ki, kanadalı jurnalist öz ölkəsinə qayıtdıqdan sonra təhdid olunub. “1990-cı illərin əvvəllərində Qarabağda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, şəhərlərin dağıdılması, mədəni irsimizin təhqir olunması, qəbiristanlıqlarımızın məhv edilməsi, sərvətlərimizin talan olunması və ciddi ekoloji ziyanla üzləşməyimiz ilə bağlı faktlara baxmayaraq, yalnız məhdud sayda media qurumunun bu hadisələri obyektiv şəkildə işıqlandırdığını gördük”, - deyə vətəndaş cəmiyyəti fəalı vurğulayıb.

BMT missiyasının regiona son səfərinə də toxunan A.Hüseyn qeyd edib ki, missiyanın üzvləri baş çəkdikləri ərazilərdə xəstəxanalar, məktəblər, yaşayış məntəqələri, mədəniyyət və dini obyektlər kimi ictimai infrastruktura heç bir ziyan dəymədiyini bildiriblər.

QHT fəalı konfrans iştirakçılarını Azərbaycanın şəhid jurnalistləri Sirac Abışov və Məhərrəm İbrahimovun məhz erməni separatçılarının basdırdıqları minanın qurbanı olduqları, xarici KİV nümayəndələrinin Qarabağda insanların öz evlərindən zorla köçürülməsi və ya hüquqlarının pozulması hallarına rast gəlmədiklərini təsdiqlədikləri barədə də məlumatlandırıb. O, həmçinin Azərbaycanın üzləşdiyi qərəzli münasibətin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Həmin paneldə çıxış edən Azərbaycandan olan vətəndaş cəmiyyəti fəalı Yeganə Hacıyeva Ermənistanda medianın vəziyyətindən, həmin ölkədə jurnalistlərin və media fəallarının təzyiq altında olmalarından danışıb. Qeyd olunub ki, ermənilər sosial mediada feyk səhifə yaradaraq qadınların və uşaqların ölümlə hədələndiyini bildirirdilər. Sonradan erməni rəsmilər bu məlumatlardan Azərbaycanın əleyhinə istifadə etməyə başladılar.

Çıxışında jurnalistikanın üzləşdiyi nəhəng çağırışlardan, hərbi jurnalistika sahəsində çalışanların hər gün öz həyatlarını risk altına atmalarından, onların hətta siyasi təqiblərə, onlayn təhdidlərə, təhqirlərə məruz qalmalarından bəhs edən Y.Hacıyeva diqqətə çatdırıb ki, çox çətin vəziyyətdə çalışan bu insanlar sonradan minan təhlükələri ilə də rastlaşırlar. O, Qarabağ münaqişəsini misal gətirərək, müharibədən sonra 300-dən çox azərbaycanlının mina qurbanı olduğunu bildirib. Deyib ki, azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov ermənilər tərəfindən basdırılan minanın qurbanı olublar. Yeganə Hacıyeva vurğulayıb ki, media qanunvericiliyinin ən önəmli məsələlərindən biri jurnalistlərə təhlükəsiz iş mühitini təmin etmək olmalıdır.

Azərbaycanın haqq səsini dünyaya çatdıran QHT-lər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb