REGİONLAR
AZƏRTAC-ın gənc əməkdaşı Xankəndidə prezident seçkilərində ilk dəfə səs verib VİDEO



Xankəndi, 7 fevral, T.Ağaməmmədov, AZƏRTAC
AZƏRTAC-ın gənc əməkdaşı Fərid Səlimov prezident seçkilərində ilk dəfə səs verib. İşğaldan azad olunan ərazilərə ezam edilən Fərid konstitusion hüququndan Xankəndidə istifadə edib.
O, bu barədə təəssüratını bölüşərək deyib: “Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərini işıqlandırmaq üçün Qarabağa ezam olunacağımı biləndə qürur hissi keçirdim. Uzun illər sonra azad olunan əzəli torpaqlarımızda tarixə şahidlik etmək bir gənc kimi məni çox sevindirdi. Məni sevindirən bir məqam da odur ki, 21 yaşındayam və prezident seçkilərində ilk dəfədir səs verirəm. Elə ilk səsimi də tarixi şəhərimiz Xankəndidə verdim. Bunun sevinc və qürurunu təsvir etmək mümkün deyil. Belə tarixi hadisəyə şahidlik etməklə yanaşı, həm də onun iştirakçısı olmağın qürurunu yaşayıram. Bu gün Azərbaycanda Zəfər seçkisi keçirilir və bütün Qarabağ da bu seçkilərdə iştirak edir”.