Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil edilib VİDEO

Moskva, 29 may, AZƏRTAC

Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü şərəfinə qala-ziyafət keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, müasir dövrdə ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

Səfir qeyd edib: “Sovet İttifaqının süqutundan dərhal sonra Azərbaycanda baş verən siyasi böhran və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən silahlı işğalı ölkə həyatının bütün sahələrində dönüş yaratmış, müstəqil dövlətimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Son dərəcə qeyri-sabit dövrdə ictimaiyyətin təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Azərbaycan xalqının görkəmli oğlu - Ümummilli Lider Heydər Əliyev ölkəni iflasa uğramaqdan xilas etdi, çoxsaylı islahatlar başlatdı, gələcək inkişaf üçün möhkəm, hərtərəfli zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan-Rusiya əməkdaşlığına mühüm yer verilən yeni xarici siyasət strategiyası işlənib hazırlandı. Hazırda ölkələrimiz strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərini uğurla həyata keçirir, bütün səviyyələrdə etimadlı və konstruktiv ikitərəfli dialoq aparır, Azərbaycan ilə Rusiya arasında münasibətlərin xarakteri isə hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir”.

O, Azərbaycan-Rusiya münasibətlərinin mütərəqqi inkişafını qeyd edib. “Biz hər zaman xatırlayırıq ki, bu əməkdaşlığın təməlini xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə, eləcə də qarşılıqlı maraq, hörmət, suverenlik və ərazi bütövlüyünə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin formalaşması istiqamətində mühüm addımlar atmış Heydər Əliyev qoyub. Bu gün bu siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inamla həyata keçirir”, -deyə diplomat vurğulayıb.

Səfir deyib: “Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qarabağ və ətraf rayonların uzun illər davam edən işğalından sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam və qəti bərpasının ardından son 30 il ərzində ilk dəfə Müstəqillik Günü ölkəmizin bütün ərazisində qeyd olunur. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir”.

Azərbaycanda keçirilən mühüm siyasi , humanitar və iqtisadi tədbirlərdən danışan Polad Bülbüloğlu xatırladıb ki, ölkəmiz bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi edəcək.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərində böyük uğurlardan bəhs edən səfir deyib: “ İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-tikinti və quruculuq işləri davam edir. Mən də hər bir azərbaycanlı kimi, səmimi-qəlbdən ümid edirəm və inanıram ki, Vətənimin bütün nailiyyətləri uzun bir yolun başlanğıcıdır və bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh gündəmini, tolerantlıq, qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq etmək bacarığı kimi ümumbəşəri dəyərləri qətiyyətlə təbliğ etməyə davam edəcəkdir”.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafını qeyd edib.

“Biz səmimi-qəlbdən şadıq ki, liderlərimiz - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə edilmiş razılaşmalar əsasında müttəfiq qarşılıqlı fəaliyyətimiz, tərəfdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət, çoxşaxəli iqtisadi-ticari, mədəni-humanitar əlaqələrimiz daxildir. Bu əlaqələrə əlavə təkan İlham Heydər oğlu Əliyevin bu il Moskvaya səfəri oldu. Biz ürəkdən şadıq ki, dost Azərbaycan Müstəqillik Gününü yüksəliş şəraitində qeyd edir, ölkə Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir”, - deyə M.Qaluzin bildirib.

Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, Moskvanın səyləri Cənubi Qafqazı sabitlik və firavanlıq regionuna çevirmək məqsədi daşıyır. “Burada əsas addım Azərbaycan və Ermənistan arasında barışıq olmalıdır”, - deyə diplomat əlavə edib.

O, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə şəxsi töhfəsini xüsusi qeyd edib.

Tədbir mədəni proqramla davam edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib