Lənkəranda evə düşən ildırım yanğına səbəb olub VİDEO
Lənkəran, 24 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda evə düşən ildırım yanğına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dördotaqlı evə ildırım düşüb. Evdə yanğın başlayıb. Yerli sakinlər tərəfindən yanğının qarşısı alınıb.
Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.