Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) “Əqli mülkiyyət və süni intellekt” mövzusunda birgə keçirdiyi beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov süni intellektin insan sivilizasiyasının ən böyük texnoloji nailiyyətlərindən biri olduğunu söyləyib.

“Yeni texnologiyalara əqli mülkiyyət sipər çəkməməlidir, əksinə uyğunlaşmalıdır”, - deyən Kamran İmanov Azərbaycanda süni intellektlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın iqtisadiyyat, dövlət idarəçiliyi, təhsili, infrastrukturu və s. sahələri əhatə etdiyini söyləyib. Kamran İmanovun sözlərinə görə, bu Strategiya süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılmasını, təbii ki, əqli mülkiyyət qanunlarında da dəyişiklikləri gündəmə gətirir.

Agentliyin rəhbəri bu gün süni intellektin sadəcə bir vasitə və ya alət deyil, həmçinin iqtisadiyyata, mədəniyyətə və idarəetməyə inteqrasiya olunmuş bir infrastruktur olduğunu bildirib. Qeyd olunub ki, süni intellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvələrindən biridir. Gələcəyin prinsipi insan və süni intellektin birgə fəaliyyət göstərməsinə əsaslanır. Süni intellekt, həmçinin yeni kommunikasiya və media formalarının yaranması deməkdir ki, generativ süni intellekt jurnalistikanı dəyişdirir, yeni məzmun formatlarını formalaşdırır və s. Nəhayət, süni intellekt həm də sosial inklüzivlikdir.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə (dekabr ayına qədər) sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin sayında (2024-cü illə müqayisədə) 42 faiz artım müşahidə olunur (378 sənəd 267-yə qarşı). İxtiralar üzrə 41 faiz, faydalı modellər üzrə 9 faiz və sənaye nümunələri üzrə 132 faiz artım mövcuddur.

Beynəlxalq patentlərin alınması sahəsində isə Patent Əməkdaşlığı Sazişi (PCT) sistemi üzrə 33 faiz, Avrasiya patentləri üzrə 66,7 faiz və Haaqa sənaye nümunələri üzrə 146 faiz artım mövcuddur. “Qlobal İnnovasiya İndeksi – 2025” hesabatında patent sistemi Azərbaycanın güclü tərəfləri kimi göstərilib (53-57-ci yerlər), faydalı modellər üzrə isə ölkəmiz 38-ci yerdədir.

Agentliyin rəhbəri vurğulayıb ki, bütün bu artımlar ölkə rəhbəri tərəfindən Azərbaycanda həyata keçirilən innovasiya tipli institusional dəyişiklərin nəticələri, habelə Agentlikdə Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sisteminin, Açıq Reyestrin, Çağrı Mərkəzinin fəaliyyətinin, potensial ixtiraçılar ilə çoxlu görüşlərin, hazırlanmış metodik sənədlərin nəticələridir.

K.İmanov məmnunluq hissi ilə qeyd edib ki, ÜƏMT tərəfindən dünyanın 204 əqli mülkiyyət ofisləri arasından seçilmiş 15 ölkə ofisi sırasında Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin strukturu və fəaliyyəti ilə bağlı sorğu aparılıb və onun nəticəsi ÜƏMT-nin 2025-ci ildə “Gələcəyə baxan liderlər” adı ilə dərc etdiyi kitabda əksini tapıb.

Konfransın açılışında, həmçinin Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev, ÜƏMT-nin Əqli mülkiyyət və qabaqcıl texnologiyalar departamentinin direktoru xanım Ulrike Till, Yaponiya Patent İdarəsi, Fransa Patent və Əmtəə Nişanı İdarəsi, Koreya Respublikasının Əqli Mülkiyyət İdarəsinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Həsən Həsənli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov və başqaları çıxış ediblər.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Süni intellektin əqli mülkiyyətdə istifadəsi: riyazi köklərdən praktiki və fəlsəfi-hüquqi aspektlərədək” mövzusunda geniş məruzəsi dinlənilib.

İki gün davam edəcək beynəlxalq tədbirdə, həmçinin xarici ekspertlərin “Ümumi baxış: süni intellekt və əqli mülkiyyət siyasəti”, “Süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi (Süni intellekt vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət obyektləri predmetləri)”, “Patent sistemində süni intellektin alət kimi tətbiqi: ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə”, “Süni intellekt üzrə əqli mülkiyyət siyasəti: patent müəllifliyi (ixtiraçılığı) və hüquq sahibliyi məsələləri” mövzularında məruzələri dinləniləcək, “Süni intellekt və əqli mülkiyyət obyektləri” mövzusunda açıq müzakirələr üzrə dəyirmi masa təşkil olunacaq.

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti