Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Müəllim danışır, şagird dinləyir” dövrü bitdi: Naxçıvanda yeni təhsil modeli - Reportaj VİDEO

Naxçıvan, 5 mart, AZƏRTAC

Müasir tədris mühiti, ingilis dilində sərbəst ünsiyyət quran, proqramlarla işləyən, innovativ layihələr hazırlaya bilən şagirdlər və peşəkar təhsil mütəxəssisləri, innovativ dərs prosesi... Bütün bunlar Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin əsas xüsusiyyətlərini və təhsil-təlim metodikasını təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri məktəbdə olub, mövcud tədris şəraiti, perspektivlər və hədəflərlə bağlı müəllim və şagirdlərlə söhbət edib.

Beynəlxalq Kembric Məktəbi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" əsasında yaradılıb və 2024-cü ildə fəaliyyətə başlayıb. Məktəbin maddi-texniki bazası kifayət qədər zəngindir. Burada iki kompüter, STEAM, kimya, fizika və biologiya laboratoriyaları, məktəbdaxili idman zalı və məktəbin həyətində idman dərsləri üçün nəzərdə tutulmuş qurğular mövcuddur. Müəssisə beynəlxalq təhsil standartları əsasında fəaliyyət göstərir və "Kembric" proqramını tətbiq edir. Şagirdlər dünya miqyasında tanınan kurikulum üzrə oxuyur, onların bilik və bacarıqları beynəlxalq meyarlarla ölçülür.

Məktəbin direktoru Bayram Əliyev deyir ki, təhsil ocağının yaradılması işlərinə 2023-cü ildən start verilib və üç əsas istiqamət üzrə sistemli fəaliyyət həyata keçirilib: "Birinci istiqamət kadr hazırlığı olub. Görülən işlərin nəticəsi kimi, hazırda məktəbdə çalışan müəllimlərin böyük əksəriyyəti yerli kadrlardır. Yalnız iki xarici müəllim fəaliyyət göstərir. İkinci istiqamət şagird hazırlığı ilə bağlı idi. 2023-cü ildə məktəbin hazırlıq proqramı qurulub, şagirdlər üçün ingilis dilində xüsusi hazırlıq kursları təşkil edilib. Üçüncü istiqamət isə məktəbin sənədləşmə sisteminin və maddi-texniki bazasının “Kembric” standartlarına uyğunlaşdırılması olub. Bu sahədə aparılan işlər nəticəsində məktəb beynəlxalq proqram əsasında fəaliyyət göstərmək hüququ qazanıb".

Bayram müəllim qeyd edir ki, 2024-cü ildə məktəbdə 70 şagird təhsil alırdısa, 2025-ci ildə bu, 130 şagirdə çatıb. Gələcəkdə şagirdlərin sayının daha da artacağı gözlənilir. Çünki məktəbdə Kembricin yuxarı siniflər üzrə digər proqramlarının da lisenziyası alınacaq və hazırda bu istiqamətdə müvafiq işlər aparılır.

"Məktəb Naxçıvanda beynəlxalq proqram üzrə fəaliyyət göstərən yeganə təhsil müəssisəsidir. Burada xarici ölkələrdən, o cümlədən Türkiyədən olan şagirdlər də təhsil alırlar. Qeyd etdiyim kimi, iki xarici müəllim də fəalliyyət göstərir. Onlar, eyni zamanda, bizim akademik koordinatorlarımızdır. Gələcəkdə xarici ölkə müəllimlərinin sayının artırılması planlaşdırılır. Məktəbin əsas missiyası öz milli-mənəvi dəyərlərinə sadiq, Vətənini və mədəniyyətini sevən, eyni zamanda, dünya mədəniyyətlərinə bələd olan, qlobal düşüncə tərzinə malik gənc kadrlar yetişdirməkdir. Çünki gələcəkdə ölkəmizin məhz belə geniş dünyagörüşlü, peşəkar və vətənpərvər kadrlara daha çox ehtiyacı olacaq. Bu məqsədlə məktəbin bütün fəaliyyəti strateji və sistemli şəkildə qurulub", - deyə məktəbin direktoru əlavə edir.

Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric Məktəbi ilə tanışlıq zamanı aydın olur ki, sinif otaqlarında ənənəvi “müəllim danışır, şagird dinləyir” modeli yoxdur. Burada şagirdlər müzakirə edir, təqdimat hazırlayır, layihələr üzərində işləyir və sərbəst fikir yürüdürlər. Müəllimlər isə onlara düzgün yön və istiqamət aşılayırlar. Məktəbdə ingilis dili əsas ünsiyyət vasitəsidir və şagirdlər dərs zamanı fikirlərini bu dildə ifadə edirlər. Ənənəvi metodlardan fərqli olaraq, burada şagirdlər dili tərcümə yolu ilə deyil, dil mühitində yaşayaraq və həmin dildə düşünərək mənimsəyirlər. Məktəbin müəllimi Türkan Həsənzadə bildirir ki, şagirdlərin ingilis dilində özlərini sərbəst ifadə etmə bacarığı onların gələcək karyeralarında böyük perspektivlər açacaq: "Əsas məqsəd uşaqlarda düzgün və analitik düşünmə, analiz etmə, öz fikrini aydın ifadə etmə və problem həll etmə bacarıqlarını formalaşdırmaqdır. Ümumiyyətlə, “Kembric” proqramının Naxçıvanda tətbiqi region üçün böyük perspektivlər açır. Bu proqram valideynlərə övladlarını beynəlxalq təhsil proqramının tətbiq olunduğu mühitdə yetişdirmək imkanı yaradır. Belə mühitdə formalaşan gənclər gələcəkdə dünyaya açıq, rəqabətqabiliyyətli nəsil kimi yetişəcəklər. Ümumilikdə, Beynəlxalq Kembric Məktəbi Naxçıvanda təhsil potensialının gücləndirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, yeni pedaqoji yanaşmaların tətbiqinə və beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyasına böyük töhfə verəcək".

Beynəlxalq Kembric Məktəbində istedadlı şagirdlər kifayət qədərdir. Özünü həm yaradıcı sahədə, həm də dərslərdə yaxşı tərəfdən göstərən fəal uşaqlardan biri də Şəms İsayevadır. O, Azərbaycan, türk, ingilis, alman və italyan dillərində sərbəst danışa bilir. Dərsdən sonra yaradıcılığa da vaxt ayırır, pianoda ifa edir, maraqlı rəsmlər çəkir. Gələcəkdə ən böyük arzusu isə kimyaçı-alim kimi yetişmək, elmimizi xaricdə uğurla təbliğ və təmsil etməkdir. Bu barədə danışarkən deyir: "Görkəmli kimyaçı-alim olan Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti məni çox maraqlandırır. Mən də gələcəkdə onun kimi kimyaçı-alim olmaq istəyirəm. "Kembric" proqramı əsasında fəaliyyət göstərən məktəbdə oxumağımın əsas səbəbi xarici dilləri mükəmməl öyrənmək və gələcəkdə xaricdə ölkəmizi layiqincə təmsil etmək arzusudur. İnanıram ki, burada qazandığım bilik və bacarıqlar məqsədlərimə çatmağımda mühüm rol oynayacaq".

Dərs prosesində qrup işləri, interaktiv oyunlar, layihəəsaslı tapşırıqlar, təqdimatlar və praktiki fəaliyyətlər geniş yer tutur. Məktəbdə yaradılan müasir STEAM kabinəsi intellektual düşüncəli şagirdlərin öz dərin biliklərini praktikaya çevirməyə imkan yaradır. Burada bacarığını ortaya çıxaran uşaqlardan biri də İzzət Əliyevdir. İzzət hazırda evlərdə qaz sızmasının və yanğının qarşısını almaq üçün bir sistem üzərində çalışır. "Bu sistemdə qaz və yanğın sensorları mövcuddur. Bu sensorlar qaz sızmasını və yanğın təhlükəsini əvvəlcədən aşkarlayır və vaxtında tədbir görməyə kömək edir. Bu sistem sayəsində evlərimizin təhlükəsizliyini təmin edə bilərik. Layihəni hazırlamaqda əsas məqsədim evlərin qaz sızması və yanğın kimi problemlərlə üzləşməsini nəzərə alaraq təhlükəsizliyə töhfə verməkdir”, - deyə o əlavə edir. Gələcəkdə "data analisti" olmaq istəyən İzzət ölkəmizdə süni intellektin inkişafına töhfə vermək niyyətindədir.

Asif Axundzadə məktəbin 7-ci sinif şagirdidir. Əsas marağı İT dərslərinədir və müxtəlif proqramlaşdırma dillərini öyrənir: "Python" dünyada ən vacib, populyar proqramlaşdırma dillərindən biridir. Bu dil ən kiçik proqramlardan tutmuş, milyonlarla insanın istifadə etdiyi böyük sistemlərə qədər geniş sahədə tətbiq olunur. Başqa sözlə, adi "kalkulyator"dan böyük supermarketin anbar yoxlama sisteminədək bir çox proqramlarda "Python"dan istifadə edilir. Biz məktəbdə bu proqramlaşdırma dilini öyrənərək gələcəkdə müxtəlif sahələr üzrə ixtisaslaşa bilərik. Mən də proqramlaşdırma dillərini öyrənərək dünyanın ən nüfuzlu universitetlərində mexanika mühəndisliyi üzrə təhsil almaq istəyirəm".

Beynəlxalq Kembric Məktəbi Naxçıvanda təhsilin inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs regionda beynəlxalq standartlara uyğun təhsil modelinin formalaşmasına və insan kapitalının güclənməsinə xidmət edir. Məktəblə tanışlıqdan aydın olur ki, burada yalnız dərs keçilmir, gələcəyin intellektual təfəkkürlü, süni intellektin imkanlarından geniş istifadə edə bilən mütəxəssisləri yetişdirilir.

 

Müxbir - Nail Əsgərov

“Müəllim danışır, şagird dinləyir” dövrü bitdi: Naxçıvanda yeni təhsil modeli - Reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin toyu təxirə salınıb

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib