Şuşada Ramazan bayramı namazı qılınıb VİDEO
Şuşa, 20 mart, AZƏRTAC
Ramazan bayramı ilə əlaqədar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə dindarlar, Şuşa sakinləri iştirak ediblər. Bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Müxbir – Tahir Ağaməmmədov