Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır... VİDEO

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun doğum günündə məzarını ziyarət ediblər

Bakı, 16 aprel, AZƏRTAC

Məhərrəm İbrahimovun adı çəkiləndə təkcə bir jurnalist yox, bir yol, bir amal, bir Vətən sevgisi canlanır göz önündə. O yol ki, qısa idi, amma izləri çox dərin oldu. O amal ki, missiyası sadəcə xəbər yazmaq deyildi - tarix yazmaq idi. O sevgi ki, insanı ölümün üzərinə belə aparacaq qədər böyük idi.

O, azad olunan torpaqlara ilk ayaq basanlardan oldu. Sanki hər addımında torpaqla danışırdı, hər viran qalmış yurd yerində bir hekayə oxuyurdu. Qələm onun əlində sadəcə bir alət deyildi - yaddaş idi, şahid idi, həqiqətin dili idi. Gördüklərini ağ vərəqlərə köçürüb gələcək nəsillərə çatdırmaq istəyirdi.

Amma bəzən torpaq öz qəhrəmanını geri çağırır… Susuzluq kəndinə gedən o yol sadəcə bir səfər deyildi. Bu, taleyin yazdığı son cümlə idi. Bir anda səma sarsıldı, torpaq silkələndi… və bir həyat, bir qələm, bir səs əbədiyyətə qovuşdu. Lakin o gün bir jurnalist ömrü bitsə də, bir şəhid ömrü başladı.

Bu gün şəhid-jurnalist Məhərrəm İbrahimovun doğum günüdür. Yaşasaydı 44 yaşını qeyd edəcəkdi. Amma bu, adi bir doğum günü deyil. Bu, xatirələrin doğulduğu gündür.

Düz beş ildir ki, bu günü onsuz qeyd edirik. Bu gün onun adı dillərdən düşmür, əziz xatirəsi ürəkləri göynədir. Onun qısa və hamımızın gözləri önündə keçən ömür yolu örnək kimi xatırlanır. O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşaraq doğulduğu Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndindən 50 kilometrlik məsafədə yerləşən Kəlbəcərin Susuzluq kəndində şəhidliyə qovuşdu.

2021-ci ilin iyunun 4-də Susuzluq kəndinə gedərkən yola basdırılmış tankəleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

Aprelin 16-da AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbə qəbiristanlığında şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

Şəhid-jurnalistin həmkarları adından çıxış edən Elçin Hüseynov onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan, hərbi müxbir kimi fəaliyyətindən, xüsusilə Vətən müharibəsindən sonra azad edilmiş bölgələrdə göstərdiyi fədakar peşə fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, o, azad edilmiş bölgələrə ilk qədəm basanlardan olub, üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.

Məhərrəm İbrahimovun xatirəsinin həmişə əziz tutulduğundan bəhs edən E.Hüseynov deyib ki, AZƏRTAC-da onun adına xüsusi guşə yaradılıb, barelyefi hazırlanıb. Agentliyə üz tutan qonaqlar bu barelyeflə tanış olur və onlara Məhərrəm İbrahimovun həyat yolu haqqında geniş məlumat verilir. Nəticədə bu gün onu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tanıyır və böyük hörmətlə anırlar. Onun xatirəsi həmişə bizim üçün əzizdir və ehtiramla yad edilir.

Ailə üzvləri adından jurnalist Əsgər Əlioğlu, İradə İbrahimova və Sevda Əsgərova qardaşlarının xatirəsini əziz tutduqlarına görə AZƏRTAC-ın rəhbərliyinə, kollektivə və ziyarət iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olduğunu deyib. O bildirib ki, Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib, daim qaynar nöqtələrdə olub, hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirib. Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzərək dağıntıları lentə alıb, tarixə çevirib. Məhərrəm İbrahimovun adının da tarixləşməsi istiqamətində görülən işlərə toxunan Əsgər Əlioğlu müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının geniş kütləyə çatdırılması məqsədilə dörd il ərzində yazıldığını vurğulayıb. Qeyd edib ki, ötən il işıq üzü görən kitabın daha geniş ictimaiyyətə çatdırılması üçün təqdimatları keçirilib və bu iş davam etdirilir.

Sonra həmkarları şəhid jurnalistin məzarı üstünə gül-çiçək dəstələri qoyublar.

İllər keçir, amma Məhərrəm İbrahimovun adı unudulmur. Çünki o, sadəcə yaşamayıb - iz qoyub. Yazdığı xəbərlərlə yanaşı, yaşadığı həyatla örnək olub. Onun addımladığı yollar indi azaddır, amma o yolların yaddaşında onun izi qalır. Onu sevənlərin ürəyində yaşayan bir ünvan var - nə xəritədə göstərilir, nə də zamanla silinir. O ünvanın adı Məhərrəm İbrahimovdur.

Müxbir- Abdulla Suvar
Fotoqraf -Azər İbrahimov
Videooperator - Vüsal Taqiyev, Namiq Abdullayev

Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb