Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor: Obrazı layiqincə canlandırmaq üçün bir müddət restoranda işlədim

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor: Obrazı layiqincə canlandırmaq üçün bir müddət restoranda işlədim

İstanbul, 12 avqust, AZƏRTAC

Uşaqlıqdan filmlərə çox baxırdım. Oradaki obrazları izləməyi və onları canlandırmağı da çox sevirdim. Bir gün dostumun vasitəsilə foto çəkilişində iştirak etdim. Çəkilən şəkilləri sosial mediada paylaşdım və bu, gözləmədiyim qədər böyük maraq doğurdu. Bundan sonra sənətçi dostlarım mənə aktyorluq və modellik sahəsində özümü sınamağı məsləhət gördülər. Mən də onların sözlərinə qulaq asaraq, həm fotomodellik üzrə təlimlərə, həm də Bakı Film İnstitutunda aktyorluq təhsilinə başladım. Beləliklə, həyatımda maraqlı bir dövrə keçid etdim.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor və təşkilatçı Bəhram Afsal ifadə edib.

Eyni vaxtda bir neçə istiqamətdə çalışdığını deyən aktyor sözlərinə belə davam edib: “Bir tərəfdən ictimai fəaliyyət və təhsil, digər tərəfdən modellik və aktyorluq. Bakıda Əməkdar artist Nofəl Vəliyev, Səbinə Hacıyeva, Namiq Ağayev və digər dəyərli müəllimlərdən aktyorluq təlimləri aldım. Modellik sahəsində isə “Fashion Consulting Group”un (FCG) rəhbəri Fərhad Hacı mənə təlimlər keçdi. Tədricən modellik sahəsində də irəliləməyə başladım və 2018-ci ildə Azərbaycan Fotomodel yarışmasına qatıldım. Altıaylıq hazırlıq prosesindən sonra yarışmanı birinciliklə başa vurdum”.

Kürdəmir rayonunun Böyük Kəngərli kəndində anadan olan Bəhram orta məktəbi fərqlənmə ilə bitirdiyini deyir: “Müəyyən səbəblərə görə həmin il universitetə qəbul ola bilmədim. Daha sonra hərbi xidmətimi başa vurub, kəndə qayıtdım. Bir müddət doğma kəndimdə qaldıqdan sonra Bakıya getmək qərarına gəldim. Həyatımda yeni bir səhifə açmaq, özümü inkişaf etdirmək və daha böyük məqsədlərə çatmaq istəyirdim. Bakıda Anadolu Universitetinə müraciət etdim. Hazırlıq mərhələsini başa vurduqdan sonra Türkiyənin Eskişehir Anadolu Universitetinin İşlətmə fakültəsinə qəbul oldum. Bu da mənim Türkiyə macəramın başlanğıcı oldu. Universitet illərində yalnız təhsillə kifayətlənmədim. Eyni zamanda, müxtəlif sahələrdə çalışmağa və özümü inkişaf etdirməyə çalışırdım. Əsasən təhsil, gənclər və mədəniyyət sahələrində fəaliyyət göstərdim. Sonradan FCG daxilində Metropolitan Model Academy yaradıldı və mənə burada rəhbər kimi fəaliyyət göstərmək, yeni modellərin hazırlanmasında iştirak etmək imkanı verildi. Daha sonra Best Photomodel of the Year Azerbaijan, Miss Şərq Gözəli kimi müxtəlif yarışmaların təşkilində iştirak etdim. Eyni zamanda, World Beauty Congress ilə birlikdə Dünya Kostyum Stilist yarışmasının təşkili istiqamətində çalışdım. Amma əsas məqsədim yalnız modellik deyildi. Mən həmişə aktyorluğa daha böyük maraq göstərmişəm. Özümü aktyor kimi inkişaf etdirmək və bu sənətdə daha böyük yerlərə gəlmək istəyirdim. Bu məqsədlə 2019-cu ildə İstanbula gəldim”.

O, İstanbula gəlişini özü üçün tamamilə yeni bir həyatın başlanğıcı kimi qiymətləndirir: “İstanbulda olduğum ilk dövrlərdə COVID-19 pandemiyası başladı. Bu da işimi və sənət fəaliyyətimi daha da çətinləşdirdi. Lakin bütün çətinliklərə baxmayaraq, dayanmadım. Aktyorluq üzrə təhsil verən yerlər axtardım və təhsilə başladım. Müxtəlif qısametrajlı filmlərdə, test çəkilişlərində və digər layihələrdə rol aldım. Daha sonra rejissor Çiçək Yetərin “Zıbar” adlı serial layihəsində qısa cümlə ilə seçimlərə qatıldım və seçildim. Qısa olmasının səbəbi isə bu obrazın mənim kimliyimə uzaq olması idi. Lakin, “Zıbar” serialı aktyorluq yolumda xüsusi bir mərhələ oldu. Həmin səhnənin və obrazın üzərində işləməyə başladım. Əvvəlcə yalnız bir cümləm var idi. Lakin məşqlər zamanı obraz daha da inkişaf etdirildi. Müxtəlif sözlər, cümlələr və əlavələr edilirdi. Mən də həmin əlavələri öyrənib oynayırdım. Bir müddət sonra gördük ki, obraz artıq əvvəlkindən fərqli şəkildə formalaşır. Mənim səhnələrimə və obrazıma maraq artmağa başladı. Bir cümlə ilə başladığım rol getdikcə böyüdü, dialoqlarım artdı və serialda daha çox səhnəm olmağa başladı. Bu mənim üçün çox böyük motivasiya səbəbi idi. Çünki mənə, sadəcə, kiçik bir imkan verilmişdi...”

Həmin layihədə barmen obrazını canlandıran Bəhram rolunu layiqincə oynamaq üçün bir müddət restoranda barmen, ofisiant, barista kimi işləməyə başlayır və serialdakı işini uğurla başa vurur.

“Sonra isə sənədlərimlə bağlı problem yarandı və bir təsadüf nəticəsində İstanbulda fəaliyyət göstərən Azərbaycan Vizyon Teatr Dərnəyi, indiki “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Kamal Cabbarova ilə tanış oldum. Bu dərnəyin Azərbaycanla və teatrla bağlı olması mənə çox doğma gəldi. Kəmalə xanım mənə kömək təklif etdi. O, heç bir qarşılıq gözləmədən mənə kömək əlini uzatdı. Bu, mənim üçün, sadəcə, bir kömək deyil, azərbaycanlıların bir-birinə sahib çıxması, milli həmrəyliyin və insanlığın gözəl nümunəsi idi. Sonradan bu dərnəyə daha çox bağlandım və Kəmalə xanımla işləməyə başladıq. Bir müddət sonra dərnəkdə mətbuat katibi və təşkilatçı kimi fəaliyyət göstərməyə başladım. Bu, mənim üçün yeni bir dövrün başlanğıcı oldu”, - deyə aktyor bildirib.

Hazırda İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin sədr müavini və mədəni fəaliyyətlər üzrə məsul şəxsi, eləcə də Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbərinin müavini kimi fəaliyyət göstərən həmsöhbətimiz burada, eyni zamanda, aktyor və səhnə şefi kimi də fəaliyyət göstərir. O, teatrın yaradıcılıq və təşkilati işlərinin həyata keçirilməsi, yeni tamaşaların hazırlanması və gənc aktyorların fəaliyyətinin koordinasiyasında yaxından iştirak edir.

O, sənət yolu ərzində Azərbaycan klassik və müasir dramaturgiyasının müxtəlif nümunələrində maraqlı obrazlar yaratdığını deyir.

Aktyor Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən ölkəmizin tanınmış simalarının daha geniş ictimaiyyətə tanıdılması məqsədilə başladılan layihə çərçivəsində hazırlanan Məhəmməd Füzulinin 800 illiyinə həsr olunan sənədli filmin yaradıcı heyətində yer alıb, "Leyli və Məcnun" tamaşasında Məcnun obrazını canlandırıb. Sonra eyni layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan sənədli filmin yaradıcı heyətinin üzvü olub və “İstiqlal yolçusu” tamaşasında Məhəmməd Əli Rəsulzadə, Sarabski, Pepinov, erməni zabiti və rus əsgəri olmaqla beş fərqli obrazı canlandırıb. O, həmçinin Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan sənədli filmin yaradılmasında da yaxından iştirak edib. İstanbulda səhnəyə qoyulan "Yağışdan sonra" tamaşasında Emin, Xocalı soyqırımına həsr olunan "Adsız Qadın" tamaşasında isə əsgər rolunu oynayıb.

Aktyorun "Yönetmen Yusuf" obrazı ilə baş rol ifaçısı olduğu "Çocuk Kulübü Show" tamaşası “IV Çam Mükafatları” çərçivəsində "Ən yaxşı uşaq klubu" mükafatına layiq görülüb.

“Müxtəlif teatr layihələrində aktyorluqla yanaşı, quruluşu da üstümə götürməyi sevirəm. Teatr fəaliyyətim ilə yanaşı, qısametrajlı və festival filmlərində də rol almağım, məni müxtəlif janrlardakı ekran işlərində aktyorluq potensialımı nümayiş etdirməyimə də imkan verdi. Mədəni tədbirlərin təşkilatçısı kimi İstanbulda keçirilən Azərbaycan mədəniyyət günləri, teatr festivalları, sərgilər, Azərbaycan xalçalarının və kəlağayılarının tanıdılması, konsert proqramları, anım mərasimləri və digər mədəni layihələrin təşkilində və koordinasiyasında mühüm vəzifələri yerinə yetirmək özümə borc bilmişəm. İstanbulda yaşadığım müddətdə mənim üçün digər mühüm istiqamət isə Azərbaycan mədəniyyəti və diaspora fəaliyyəti oldu. Harada yaşamağımdan asılı olmayaraq, mən kimlik və Vətənə bağlılığın qorumasının vacib olduğunu düşünürəm”, - deyə o diqqətə çatdırıb.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir - MÜSAHİBƏ

Professor: Naxçıvanın yeni inkişaf modelində əsas hədəf dövlət investisiyasını iqtisadi artıma çevirməkdir

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

Nəqliyyat kommunikasiyalarının və yeni dəhlizlərin inkişafı Naxçıvanın tranzit potensialını artıracaq

Son üç ayda Qobustan Qoruğunu 40 minə yaxın turist ziyarət edib

“Dövlət auditi” informasiya sistemi yaradılır - FƏRMAN

Xankəndidə 22 ailəyə mənzillərin açarları təqdim edilib VİDEO

Xankəndidə 22 ailəyə mənzillərin açarları təqdim edilib VİDEO

Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib

DİN-dən vətəndaşlara xəbərdarlıq: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir VİDEO

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət auditi” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar  bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Paytaxtda avtoxuliqanlıq edən moped sürücüsü həbs olunub

Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

Qusarda festivalda 70-dən çox meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib VİDEO

Qusarda festivalda 70-dən çox meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib VİDEO

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO

Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib

Azərbaycan klubu yeni mövsümdə yerli və gənc basketbolçulara üstünlük verəcək

Fransada Vergilər Baş İdarəsinin sisteminə qanunsuz giriş və məlumatların çıxarılması təsdiqlənib

Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO

Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO