Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqton, 16 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə ABŞ-nin paytaxtı Vaşinqtonda “Neft və İkona” adlı sərgi-konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında Azərbaycanın ABŞ-dəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə ABŞ dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri, eyni zamanda, Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi Xəzər İbrahim Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika olduğunu xatırladaraq, müasir Azərbaycan dövlətinin həmin Cümhuriyyətin siyasi və mənəvi varisi olduğunu, onun zəngin irsinin və təməl dəyərlərinin bu gün də qorunub yaşadıldığını qeyd edib.

Azərbaycanın zəngin neft irsinə toxunan diplomat yaxın günlərdə Pensilvaniya ştatının Oyl-Siti şəhərinə səfər edəcəyini bildirib. O, Azərbaycanla qardaşlaşma əlaqələri olan bu şəhərlə əməkdaşlığın neft sənayesinin tarixi köklərinin Azərbaycana gedib çıxdığını Amerika ictimaiyyətinə tanıtmaq baxımından əhəmiyyətini vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycanın neft irsinin əsas dəyəri yalnız zəngin təbii sərvətlərində deyil, həmin sərvətlərin ölkənin inkişafına, xüsusilə təhsilə və insan kapitalının formalaşdırılmasına yönəldilməsindədir. Bu xüsusda, Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft gəlirləri hesabına istedadlı gənclərin Avropanın aparıcı universitetlərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. Səfir bu ənənənin sovet dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən davam etdirildiyini, onun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandığını vurğulayıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini qeyd edən diplomat dövlət təqaüd proqramları çərçivəsində dünyanın qabaqcıl universitetlərinə qəbul olunan azərbaycanlı tələbələrin təhsil xərclərinin dövlət tərəfindən qarşılandığını bildirib. Səfir “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının Azərbaycanın uzunmüddətli inkişaf siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizin yalnız öz gənclərinin xaricdə təhsilini dəstəkləmədiyini, eyni zamanda, Amerika Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarına da Azərbaycanda təhsil almaq üçün təqaüdlər təqdim etdiyini diqqətə çatdırıb.

Diplomat, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Panamanın Amerika Dövlətləri Təşkilatı yanında səfiri Ana İrene Delqado mədəni diplomatiyanın əhəmiyyətindən danışaraq incəsənət və musiqinin xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalçaçılıq sənətinin Azərbaycan xalqının milli-mədəni kimliyinin ayrılmaz hissəsi olduğunu bildirib. O qeyd edib ki, xalça yalnız dekorativ sənət nümunəsi deyil, xalqın əsrlər boyu formalaşmış dünyagörüşünü və mənəvi dəyərlərini yaşadan irsdir. Direktorun sözlərinə görə, sərgidə Azərbaycanın Əməkdar rəssamı İrina Eldarovanın 20-yə yaxın əsəri təqdim olunub. Ekspozisiyada 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihənin davamı olan yeni kompozisiyalar, həmçinin Milli Xalça Muzeyində hazırlanmış Merilin Monronun relyef xalça portreti yer alıb. Sərgidə kişi qalstuklarından hazırlanmış, Səttar Bəhlulzadənin “Xəzər gözəli” əsərinə və Merilin Monroya həsr olunmuş iki qurama pano da nümayiş etdirilib.

“Smithsonian” İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçı antropoloqu Pol Teylor çıxışında Azərbaycanın neft sənayesi ilə mədəni irsinin qorunması arasındakı əlaqələrdən danışıb. O, Bakı–Tbilisi–Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin tikintisi zamanı həyata keçirilən arxeoloji tədqiqatların əhəmiyyətini xüsusi vurğulayıb. Tədqiqatçının sözlərinə görə, bu layihələrin icrasından əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində aparılan araşdırmalar zamanı çoxsaylı arxeoloji tapıntılar aşkar edilib, tarixi və mədəni abidələrin qorunması üçün tədbirlər görülüb.

Tədbirdə Əminə Məlikovanın “Xalçalarda xoşbəxtlik: Xalçanın sizi xoşbəxt edə bilməsinin 10 səbəbi” kitabı, “Smithsonian” İnstitutunun nəşr etdiyi “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə” kitabı, eləcə də Lalə Sərdarlının kuratorluğu ilə hazırlanmış “Art-terapiya: Mədəniyyətin və sağlamlığın keşiyində” layihəsi təqdim olunub.

Rəsmi hissədən sonra Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın ifasında konsert proqramı keçirilib. Konsertdə Qara Qarayev, Fikrət Əmirov, Faiq Sücəddinov və Frederik Şopenin əsərləri, eləcə də “Sarı gəlin” Azərbaycan xalq mahnısının fortepiano üçün işlənmiş versiyası səsləndirilib. 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir