MƏDƏNİYYƏT
“Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları bəlli olmuşdur VİDEO
Bakı, 4 fevral (AZƏRTAC). Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşmişdir.
AZƏRTAC “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanı Nikolay Koppel, Pilou Asbek, Liz Rönni aparacaqlar.
Nikolay Koppel və Liz Rönni Danimarka Yayım Korporasiyasında çalışırlar. Pilou Asbek üçün isə “Eurovision-2014” debüt olacaqdır. Televiziya aparıcılığı onun üçün yeni olsa da, aktyor kimi böyük təcrübəyə malikdir.
“Bizə qoşulun!” şüarı altında keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaqdır.
Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında mübarizə aparacaqdır.