5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək
Bakı, 16 noyabr, AZƏRTAC
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə noyabrın 17-si saat 11:00-da paytaxtda 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bir ağac - min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı minimum 10 litr həcmində plastik, 5 litr həcmində şüşə, o cümlədən kağız və minimum üç ədəd işlənmiş batareya tullantılarını təhvil verərək əvəzində ting əldə etmək mümkündür.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək həmin təşəbbüsdən yararlanmağa çağırır.
Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]