İDMAN
“Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşün üçüncü mərhələsi başlanmışdır VİDEO
Qəbələ, 9 may (AZƏRTAC). Mayın 9-da “Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşün üçüncü mərhələsi başlanmışdır.
Bu mərhələdə idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 kilometr məsafə qət etməlidirlər.
İki mərhələdən sonra veloyürüşün lideri avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling” komandası) göy maykanın sahibidir. Sloveniyalı Matey Maqerli (“Adria Mobil” komandası) iki mərhələnin yekunlarına əsasən sprintdə ən yaxşı nəticə göstərmişdir. Primoz Roqliç “Dağ kralı” və qırmızı maykanın sahibidir. İsveçin “Giant-Şimano” komandasını təmsil edən Fredrik Lyudviqson isə gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi lider maykasına sahib olmuşdur.