Futbol üzrə dünya çempionatında Meksika komandası Kamerun yığmasını məğlub etmişdir VİDEO
Bakı, 13 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Natal şəhərindəki “Estadio das Dunas” stadionunda “A” qrupunda mübarizə aparan Meksika və Kamerun yığmaları qarşılaşmışlar.
Kolumbiyalı baş hakim Vilmar Roldanın idarə etdiyi oyunda hesabı 61-ci dəqiqədə Meksika komandasının 19 nömrəli futbolçusu Peralta açmışdır.
Görüşdə qalan vaxt ərzində hesab dəyişməmişdir. Meksika komandası Kamerun yığmasını məğlub edərək dünya çempionatına qalibiyyətlə başlamışdır.