Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilmişdir VİDEO

Bakı, 30 iyun (AZƏRTAC). Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-30-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, sessiya iyunun 29-da siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə işə başlamışdır.

İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra Finlandiya parlamentinin deputatı Pia Kauma hazırladığı qətnamə layihəsinə dair məruzə ilə çıxış etmişdir. Layihədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin, bu cür təhlükələrin qarşısının alınmasının zəruriliyi qeyd edilmişdir. Bundan əlavə, münaqişə regionlarında hər il çoxlu sayda insanın qətlə yetirilməsinə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış səsləndirilmişdir.    

Sonra məruzə ətrafında müzakirələr olmuşdur.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova regiondakı hərbi və siyasi problemlərin qətnamə layihəsində öz əksini tapdığını bildirmişdir. Bahar Muradova ölkələrin regionlarında keçirilən referendumlarla bağlı fikirlərini diqqətə çatdırmışdır. O demişdir: “Burada iştirak edənlər hər hansı ölkənin bir regionunda keçirilən referendumların həmin ölkənin konstitusiyası ilə uyğun gəlib-gəlməməsi məsələsinə ciddi diqqət yetirməli və bu barədə qanunların aliliyini rəhbər tutmalıdırlar. Hesab edirəm ki, bu bənd hamı tərəfindən dəstəklənəcəkdir. Çünki regionda baş verən hadisələr, həmçinin bu gün burada səsləndirilən fikirlər bu bəndin qətnamə layihəsinə əlavə olunmasını zəruri edir”.

Bahar Muradova bildirmişdir ki, 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Azərbaycanın bu regionunda qeyri-qanuni keçirilən “referendum”, “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat buradakı çıxışında Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görürlər. “Dağlıq Qarabağ xalqı” deyilən bir məfhum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumuna görə narahatlıq hissi keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının girovuna çevrilmişlər. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, xüsusilə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının tribunasından, eləcə də ATƏT Parlament Assambleyasının plenar iclasının açılışında söylədiyi həqiqətləri eşitmək istəmir. Lakin həqiqət qəbul edilməlidir.

Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq demişdir: “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.

Müzakirələrdə iştirak edənlər qətnamə layihəsi ilə bağlı fikirlərini bölüşmüş, müəyyən düzəlişlərin olunmasını təklif etmişlər.

X X X

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında britaniyalı məruzəçi Roger Viliamsın müəllifi olduğu qətnamə layihəsi müzakirə edilmişdir.

R.Viliams çıxışında bəzi ölkələrin sabitliyinin və təhlükəsizliyinin iqtisadi çətinliklər ucbatından təhlükə altına düşə biləcəyini söyləmişdir. O, Avropanın bir sıra dövlətlərində bu məsələ ilə bağlı vəziyyətin hələ də çətin olaraq qaldığını bildirmişdir. İnfrastruktur layihələrinə investisiyaların qoyulmasının yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd edən məruzəçi, ətraf mühitlə bağlı məsələlərin həllində birgə əməkdaşlığın önəmini vurğulamışdır.

R.Viliams elmi tədqiqatların texnoloji sahələrdə tətbiq olunmasının əhəmiyyətini, həmçinin gender bərabərliyinin təmini, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində daha çox iş görülməsinin zəruriliyini qeyd etmişdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret işlər gördüyünü bildirmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verdiyini söyləyən E.İbrahimov ölkəmizdə aparılan aqrar islahatların davamlı inkişaf üçün əlverişli şərait yaratdığını diqqətə çatdırmışdır. Azərbaycanda ərzaq təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan E.İbrahimov son on ildə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, xüsusilə iqtisadi tərəqqidən danışmışdır.

Portuqaliyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü xanım Nilza Sena iqtisadiyyat, ətraf mühitlə bağlı problemlərin həllində, beynəlxalq təhlükəsizliyin təminində ATƏT-in rolunu qeyd etmişdir.

Sonra Avrasiya məkanında inteqrasiya prosesləri, ATƏT-in dialoq üçün əlverişli məkan kimi rolu, təşkilatın qeyri-qanuni miqrasiya ilə mübarizədə BMT və Avropa Şurası ilə birgə əməkdaşlığı, qlobal istiləşmənin qarşısının alınması üçün görülən işlər, iqtisadi artımın, eləcə də sabitliyin təminində təhsilin önəmi barədə müzakirələr aparılmışdır.

X X X

Daha sonra demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası keçirilmişdir.

İclası açan komitənin sədri, portuqaliyalı deputat İsabel Santos gündəlik barədə məlumat vermişdir.

Serbiya parlamentinin deputatı Qordina Komiç müzakirə olunacaq qətnamə layihəsi ilə bağlı məruzə etmişdir. Bildirilmişdir ki, qətnamənin qəbul edilməsi “Helsinki+40” prosesinin daha səmərəli işləməsi baxımından önəmlidir.

Sonra qətnamə layihəsi ilə bağlı müzakirələr aparılmışdır.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, insanların öz ölkələrində təhlükəsiz şəraitdə yaşamaları çox önəmlidir. Artıq uzun illərdir ki, biz bu məsələləri müzakirə edirik. Həm bir ölkədən digər ölkəyə gedən miqrantlar, həm də öz ölkəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanlarla bağlı məsələlər ATƏT-də bir neçə dəfə müzakirə olunmuşdur. Bu gün bu məsələnin bir daha müzakirəyə çıxarılması çox önəmlidir. On ildən artıqdır ki, müzakirə edilsə də, indiyədək Avropa, ATƏT məkanında bu məsələnin öz həllini tapmaması təəssüf doğurur.

Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan öz ərazisinin 20 faizini işğal edən ermənilərin həmin torpaqlardan çıxarılması üçün dəfələrlə müraciətlər etmişdir. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca ölkədə miqrant problemi həll olunmayacaqdır. Əgər təhlükəsizliyin təmini istiqamətdə heç bir addım atılmayacaqsa, necə deyə bilərik ki, biz Helsinki sənədlərinə sadiqliyimizi sübut edirik?! Əgər Avropadakı, dünyadakı miqrantlar haqqında danışırıqsa, Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən də danışılmalıdır.

Müzakirələrdə qətnamə layihəsi ilə bağlı çıxış edənlər təklif və qeydlərini səsləndirmişlər.

X X X

Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirilmişdir.

ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən danışmışdır. O, quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır. Hazırda ekstremizmin nəzarətdən çıxdığını bildirən ATƏT Parlament Assambleyasının prezidenti bu problemin aradan qaldırılması üçün qarşılıqlı etimad və anlaşmanın, dialoqun vacibliyini qeyd etmişdir.

Ranko Krivokapiç bildirmişdir ki, Avropada hökm sürən iqtisadi böhran regionun inkişafına da ciddi təsir edir. Cəmiyyətdə sabitlik pozulduqda ekstremizm halları güclənə bilər. Məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının bütün fəaliyyət sahələrinə mənfi təsir göstərir. Bu problemlə mübarizədə təbii ki, təhsil, əhalinin maarifləndirilməsi də çox önəmli rol oynayır. O, həmçinin vurğulamışdır ki, tolerantlıq, dözümlülük hər bir ölkə, hər bir cəmiyyət üçün sabitlik, mehriban birgəyaşayış baxımından çox vacibdir.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, türkiyəli deputat Emin Önəm və başqaları çıxış edərək, ekstremizm və radikalizimin qlobal şəkildə ciddi bir problem olduğunu söyləmişlər. ATƏT-ə daxil olan ölkələrin ekstremizm və ksenofobiyaya qarşı mübarizə ilə bağlı bir çox sənədlər qəbul etməsinə baxmayaraq, bu bəlanın qarşısının alınmasında çətinliklərin olduğu diqqətə çatdırılmışdır. Həmçinin ksenofobiya və ekstremizmə qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları tərəfindən görülən işlərə dəstəyin artırılmasının, bu istiqamətdə ATƏT-ə üzv ölkələrin əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Çıxış edənlər Azərbaycandakı mövcud tolerantlığın dünya dövlətləri üçün nümunə olduğunu söyləmişlər.

İyunun 30-da ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrin iclasları təqdim edilən qətnamə layihələrinin müzakirəsi ilə davam etmişdir.

Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında Finlandiya parlamentinin deputatı Pia Kaumanın müəllifi olduğu qətnamə layihəsinin müzakirəsi zamanı isveçli deputat xanım Asa Lindestam layihədə “böhran” ifadəsinin işlədilməsinin vacibliyini qeyd etmişdir.

Kanadalı deputat Cislain Maltes münaqişələrin dinc yolla həll olunmasının, fundamental hüquqlara hörmət edilməsinin, din, söz, ifadə və digər azadlıqlara insan hüquqları kontekstində baxılmasının önəmini vurğulamışdır.

Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov ATƏT-in münaqişələrin həlli üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırmış, problemlərin həllində danışıqların ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Digər çıxış edənlər mülki vətəndaşlara qarşı silahların tətbiq edilməsinin qarşısının alınması, münaqişələr zamanı insanların müdafiəsinin zəruriliyi, Avropa İttifaqının üzvü olmayan ölkələr üçün kibertəhlükəsizliklə bağlı strategiyanın təmini, təhlükəsizlik və etimad quruculuğuna dair məsələlərin qətnamədə əks olunmasını təklif etmişlər.

İclasda ATƏT regionunda vasitəçilik potensialının inkişafı, sülhün bərqərar olunması proseslərində təşkilatın rolu, Cənub-Şərqi Avropada regional əməkdaşlıq, terrorizmlə mübarizə, münaqişələrin yenidən alovlanmasının qarşısının alınması, ATƏT-in Əfqanıstan ilə gələcək əlaqələri haqqında müzakirələr aparılmışdır. Terrorizmin bütün formalarına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.

 

X X X

İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasında məruzəçi Roger Viliamsın hazırladığı qətnamə layihəsinə təklif edilən 21 düzəlişlə bağlı müzakirələr aparılmışdır. Düzəlişlərdə əsasən gender bərabərliyi, ətraf mühit, iqtisadi tərəqqi, bir sıra ölkələrdə iş şəraitinin yaxşılaşdırılması, dövlətlərin əmək bazarı siyasətinə daha çox diqqət yetirmələri, enerji təhlükəsizliyinin təmin edilməsi, xüsusi ehtiyatların qorunması, ərzaq məhsullarında tullantıların azaldılması, elmi texnologiyaların tətbiqi və s. məsələlər əksini tapmışdır.

İclasda Belarusun ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Viktor Quminskinin müəllifi olduğu “ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və inkişaf etdirilməsi” qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Qətnamə layihəsində ATƏT-ə üzv ölkələrin hökumətləri, parlamentləri, özəl sektorları, vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıqla minilliyin məqsədlərinə çatmaq üçün yolların axtarılması və 2015-ci ildən sonrakı dövrü əhatə edəcək inkişaf istiqamətini formalaşdırmaqla bağlı çağırış əksini tapmışdır. Sənəddə, həmçinin sosial şəraitin yaxşılaşdırılması, əhalinin əsas qrupunun hüquqlarının qorunması ilə bağlı məqsədyönlü fəaliyyət, sosial məhdudiyyətlərin aradan qaldırılması, sosial hüquq bazasına çıxış məsələləri də yer almışdır.

İştirakçılar müəllifi Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dorris Bargnet olan “Etimad və qarşılıqlı yaşamaq regionu: ATƏT-in 40 illiyi” qətnamə layihəsinə düzəlişləri də müzakirə etmişlər. Sənəddə ATƏT PA-nın gələcəyi ilə bağlı konfransın keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Sonra İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Andreas Ebinin ATƏT regionunda məhdud su ehtiyatları ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə edilmişdir.

A.Ebi Avropa ölkələrinin qida məhsullarının təmin edilməsi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşdığını, bu problemin getdikcə siyasi təhlükəsizliyə də təsir etdiyini diqqətə çatdırmışdır. Əhalinin sayının artdığını, su ehtiyatlarının isə azaldığını bildirən A.Ebi bunun gələcəkdə ciddi problemlər yarada biləcəyini söyləmişdir.

İclasda bazarlara çıxışın əldə edilməsində birgə fəaliyyət, ekologiyaya mənfi təsir edən amillərin aradan qaldırılması, Aralıq dənizi regionu ölkələrində ticarət sahəsində yeni uğurların əldə edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.

Səsvermə nəticəsində Roza Aknazarova ATƏT PA-nın 2015-ci il üçün iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, portuqaliyalı deputat Nilza Sena sədr müavini, xanım Marieta Tidei isə məruzəçi seçilmişlər.

 

X X X

İnsan hüquqları və humanitar məsələlərlə bağlı ümumi komitənin iclasında məruzəçi xanım Qordina Komiçin müəllifi olduğu qətnamə layihəsinə edilən 45 düzəlişlə bağlı fikir mübadiləsi aparılmışdır.

Düzəlişlərdə ATƏT regionunda irqçilik və ksenofobiya hallarının artması, bəzi Avropa dövlətlərində insan hüquqlarının pozulması, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalarının təmin edilməsi, insan alverinə qarşı mübarizədə ATƏT tərəfindən görülən işlər, iştirakçı dövlətlərdə heç bir ayrı-seçkilik olmadan hər kəsə tibbi xidmətlərin göstərilməsi, ayrı-ayrı ölkələrin iqtisadi və sosial sahələrdə islahatlar həyata keçirmələri ilə bağlı məsələlər əksini tapmışdır.

Həmçinin kompleks miqrasiya islahatları, ATƏT regionunda mədəni mülkiyyətin qorunması, təşkilata üzv ölkələrdə qaçqınların vəziyyəti və digər məsələlərlə bağlı düzəlişlərin olunması təklif edilmişdir. Universallıq prinsipi əsas götürülərək insan hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu prinsipə məhəl qoyulmamasının dövlətlərarası münasibətlərin pozulmasına səbəb ola biləcəyi diqqətə çatdırılmışdır. Həmçinin xalqlar arasında mehriban münasibətin təşviqinin əsas şərt olduğu qeyd edilmişdir.

Müzakirələr zamanı inteqrasiya proseslərinin Avrasiya məkanına təsiri, ATƏT regionunda təhlükəsizliyin, qarşılıqlı etimadın təmini, iqtisadi artım, eləcə də sabitliyin bərpa olunmasında təhsilin önəmi ilə bağlı fikirlər səsləndirilmişdir.

İştirakçılar iqtisadi böhrandan əziyyət çəkən dövlətlərin problemləri, miqrasiya zamanı yaranan çətinliklər, işgəncələrin qarşısının alınması, ATƏT-in fəaliyyətində tarazlığın saxlanılması, inzibati tədbirlərdən sui-istifadə hallarına qarşı mübarizə, beynəlxalq hüququn əsas prinsipləri və s. mövzularla bağlı müzakirələr aparmışlar.

Komitə iclaslarında müzakirə olunan bütün qətnamə layihələri səsə qoyularaq qəbul edilmişdir.

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir