İDMAN
Gənc həmvətənimizin növbəti medalı VİDEO
Budapeşt, 19 mart, AZƏRTAC
Macarıstanın “Veçeş” (“Vecsés FC”) klubunun idman şərəfini qoruyan gənc gimnast, həmvətənimiz Fidan Seyidova öz aktivinə növbəti medal yazdırıb. O, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Olimpik Cup 2015” Kuboku uğrunda XII Beynəlxalq turnirdə “B-light” kateqoriyasında gümüş medal qazanıb. Turnirdə 29 ölkədən 32 klubu təmsil edən 430 idmançı iştirak edib.
Fidan ötən ilin noyabrında Macarıstan Kuboku uğrunda turnirdə qazandığı qızıl medal kimi, bu mükafatı da bu ilin yayında Azərbaycan paytaxtında keçiriləcək birinci Avropa Oyunlarına həsr edib.
2014-cü ilin Macarıstan Kubokunun sahibi və Sarayevo oyunlarının gümüş mükafatçısı tarixi Vətəndəki idmançıların Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış etməyini ürəkdən arzuladığını AZƏRTAC vasitəsilə onlara çatdırmağı xahiş edib.
Qarşıda Fidanı növbəti gərgin məşqlər və yeni-yeni medallar uğrunda çətin mübarizə gözləyir. Gənc həmvətənimizə yeni idman zirvələri fəth etməyi arzulayırıq.
Fidanın çıxışına bu linklə baxmaq olar: http://youtu.be/_3rHH2MED9g
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt