İDMAN
Amerikalı jurnalist Qarabağ haqqında film çəkib VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Amerikalı jurnalist Tomas Qolts “Qarabağ” adlı 52 dəqiqəlik film çəkib.
AZƏRTAC xəbər verir ki, Qafqaz üzrə mütəxəssis, Azərbaycan dilində yaxşı danışa bilən amerikalı jurnalist filmdə yalnız “Qarabağ” futbol komandası haqqında söhbət açmır, həmçinin klubun təmsil etdiyi region haqqında məlumat verir. Filmdə qeyd edilir ki, Qarabağın Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə, futbol klubunun uğurlu çıxışı da böyük rol oynayır.
Filmdə bildirilir ki, dünyada komandası olmayan minlərlə şəhər var. Amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan “Qarabağ” barədə çəkilən film də xüsusi önəm kəsb edir.
Qeyd edək ki, filmin təqdimatı Quzanlıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]
Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib
- 27.04.2024 [16:07]