ELM VƏ TƏHSİL


ADA Universitetində COMPASS layihəsi çərçivəsində təlim

Bakı, 27 fevral, AZƏRTAC 

ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi COMPASS layihəsi çərçivəsində tədqiqatçılar üçün təlim keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, COMPASS layihəsi ADA Universitetinin tərəfdaşları olan Kent Universiteti, Kembric Universiteti, Belarus Dövlət Universiteti, Tacik Milli Universiteti və Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti ilə birgə Böyük Britaniya hökumətinin Qlobal Məsələləri Araşdırma Fondu (GCRF) tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində keçirilən təlimdə iştirakçılar tədqiqat metodlarının inkişaf etdirilməsi, akademik məqalələrin strukturunun lazımi qaydada qurulması və müxtəlif jurnallarda dərc olunması ilə bağlı praktiki biliklər əldə ediblər.

Azərbaycan, İngiltərə, Belarus, Tacikistan və Özbəkistandan təlimə qoşulan iştirakçılar öz tədqiqat mövzularını təqdim etmək, seminarlarda iştirak və Kent Universitetindən Yelena Korosteleva və İrina Petrovanın, ADA Universitetindən Anar Vəliyevin, “Canterbury Christ Church” Universitetindən Qiles Polqlasın mühazirələrini dinləmək fürsəti əldə ediblər.

ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova bildirib ki, budəfəki təlim proqramı “Postsovet Avrasiya məkanında səmərəli idarəetmə və ictimai qurumların effektivliyi” mövzusuna həsr edilib. Təlimin əsas məqsədi akademik karyeraya yeni başlayanları bu sahədəki peşəkarlarla görüşdürmək, onların akademik bacarıqlarını inkişaf etdirmək, əməkdaşlıq və dialoq yaratmaqdan ibarətdir.

Təlim proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, GCRF COMPASS ADA Universitetində tədqiqatın genişləndirilməsinə və universitetin beynəlxalq tədqiqat mühitinə inteqrasiyasına fayda verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.