İDMAN


Ağacan Abiyev: Ölkə çempionatı komandamızın böyük potensiala malik olduğunu göstərdi

Bakı, 1 dekabr, AZƏRTAC 

Kişi boksçular arasında Azərbaycan çempionatı gərgin mübarizə şəraitində keçdi. Finalda, əsasən yığma komandanın liderləri mübarizə apardılar. Amma bu, o demək deyil ki, onlar asan qələbə qazanıblar. Yarışda rəqabəti xüsusi qeyd etməliyəm. Gənc boksçularımız da yaxşı döyüş nümayiş etdirdilər.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib. O, turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 28 komandanın 138 boksçusunun qüvvəsini sınadığını bildirib: “Ölkə çempionatı komandamızın böyük potensiala malik olduğunu göstərdi. Mükafatçılar yığmanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər”.

“Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına layiq görülüblər. Klub və cəmiyyətlərimizin çempionatda fəal iştirakı təqdirəlayiqdir. Komanda hesabında birinci yeri ən yüksək nailiyyətlərə imza atan “Qəbələ” İdman Klubu tutub. İkinci və üçüncü yerlərə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və “Sədərək” İdman Klubu layiq görülüb”, - deyə federasiya rəsmisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.