REGİONLAR


Ağdamın Papravənd kəndində qədim məscid və qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb FOTO

Ağdam, 23 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Papravənd kəndidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Papravənd kəndi Ağdam şəhərindən 21 kilometr şimalda, Ağdam-Ağdərə yolunun üstündə, dağətəyi düzənlikdə yerləşir. Vaxtilə rayonun ən abad yaşayış məntəqələrindən olan Papravənddə üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdi. Burada heyvandarlıq kompleksi, məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var idi. Erməni qəsbkarları 1993-cü ildə Papravənd kəndini işğal edən zaman talan edərək dağıdıblar. Ermənilər işğal etdikləri digər yaşayış məntəqələrində olduğu kimi, Papravənddə də tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Kənddəki XVIII əsrə aid məscid və qədim qəbiristanlıq da dağıdılıb.

Son illərdə Papravənd kəndində ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonunun digər əraziləri kimi, Papravənd kəndi də Ermənistan ordusu tərəfindən boşaldılıb.

Papravənd kəndindən görüntüləri təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.