Fransada yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən obyektlərlə bağlı araşdırma başlayıb
Paris, 13 fevral, AZƏRTAC
Fransada yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri gücləndirilib. Bu ilin əvvəlindən indiyədək ölkənin 78 departamentində ictimaiyyət üçün açıq olan 443 obyekt yoxlanılıb.
AZƏRTAC Fransanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, 195 obyektdə aparılan yoxlamalar zamanı yanğın əleyhinə qaydalara əməl edilmədiyi aşkarlanıb. Nəticədə 45 obyektin bağlanmasına dair qərar verilib.
Müvafiq qurumların nümayəndələri bildiriblər ki, yoxlamalar davam etdiriləcək və ictimai məkanlarda təhlükəsizlik standartlarına əməl olunmasına nəzarət daha da gücləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]