MƏDƏNİYYƏT


Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyevə “Fəxri professor” medalı təqdim olunub

Bakı, 6 dekabr, Flora Şükürova, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyevə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professor”u medalı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, muzeydə keçirilən təqdimat mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Ç.Fərzəliyevin Azərbaycan rəngkarlığında, mədəniyyətində, incəsənətində, eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin inkişafında göstərdiyi xidmətlərdən söhbət açıb. Bildirib ki, mükafat nəinki professor Çingiz Fərzəliyevə, həmçinin Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə verilən qiymətdir.

Nazir müavini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsa təşəkkürünü bildirib və Ç.Fərzəliyevi mükafata layiq görülməsi münasibətilə təbrik edib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov və Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev çıxışlarında son illər Çingiz Fərzəliyevin yorulmaz fəaliyyəti nəticəsində Milli İncəsənət Muzeyinin təsviri sənət mərkəzinə, sənət məbədinə çevrildiyini vurğulayıblar.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edərək Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyətə başlamasının 80 illiyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi dəyərləndirib. Diplomat Ç.Fərzəliyevin beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən söz açıb.

Səfir Çingiz Fərzəliyevə Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professor”u medalını təqdim edib.

Sonda Çingiz Fərzəliyev qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın tələbələrindən ibarət “Detaşe” skripkaçılar ansamblı və Əməkdar Artist Nərgiz Kərimovanın ifaları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.