REGİONLAR


Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

Tovuz, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın şəhər və rayonlarında nəqliyyat infrastrukturunu müasir səviyyəyə çatdırmaq, eləcə də ucqar dağ kəndində yaşayan sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq Tovuz rayonunun Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun yenidən qurulması layihəsi yekunlaşmaq üzrədir.

Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi aparılan həmin yolun 20 kilometrinə asfalt-beton örtük salınıb.

Ucqar dağ kəndlərinə çəkilən yolun eni 4-6 metr arasında dəyişir. Layihə çərçivəsində yeni salınan yolboyu küvetlər açılıb, su ötürücü qurğular və su keçidləri salınıb. Hazırda həmin layihənin davamı olaraq Yanıqlı kəndini birləşdirən hissədə tikinti, hamarlama və genişləndirmə işləri davam etdirilir.

Bildirilib ki, bu yolun istifadəyə verilməsi ilə 8 min nəfərdən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi və digər kəndlərlə etibarlı nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq. Həmçinin Tovuzun bu əsrarəngiz guşəsi bölgədə turizmin inkişafına böyük təkan verəcək.

Əsrik dağ çayından keçməklə başlayan yeni salınmış Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun Hacıhəsənli kəndinədək olan hissəsi indi şəhər magistrallarından heç də geri qalmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.