İDMAN


“Avro 2020”nin talismanı martın 24-də təqdim olunacaq

Bakı, 13 mart, Nicat Məmmədov, AZƏRTAC

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı “Yohan Kroyf Arena”da təqdim olunacaq.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, talisman “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Hollandiya-Almaniya oyunundan əvvəl təqdim ediləcək.

Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.

Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.