İDMAN


Azərbaycan Milli Paralimpiya Komitəsində iclas keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) iclas keçirilib.

AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, komitənin prezidenti İlqar Rəhimov Paralimpiya Oyunlarında ölkəmizin təmsil edilməsi ehtimal olunan idman növləri üzrə baş məşqçilərlə görüşüb.

Görüşdə “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar komitənin cari il üçün strateji fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib və idman növləri üzrə baş məşqçilərin məlumatları dinlənilib. İ.Rəhimov baş məşqçilərdən idmançıların hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib.

Tədbirdə AMPK-nın vitse-prezidenti İlham Zəkiyev və baş katib Kamal Məmmədov iştirak ediblər.

Qeyd edək ki, idmançılarımız bu günədək “Tokio 2020”yə 7 lisenziya qazanıblar. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. “Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 7 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.