Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu - 102

Dünya orduları ilə müqayisə ediləcək dərəcədə inkişaf etmiş və adı böyük hərflərlə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”.

Azərbaycan Respublikasının Prezidenti
                  İlham Əliyev

Bakı, 2 iyun, AZƏRTAC

“Nankor qonşusu tərəfindən haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən ölkə ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamağa, qüdrətlənməməyə mənəvi haqqı yoxdur. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Əslində, başqa cür ola da bilməz. Bunu bizdən zaman, xalq, dövlətimiz tələb edir”.

Bu fikirlər Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, hərbi jurnalist İsa İsmayılovun “Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Ordusu sözünün yazının başlığında böyük hərflərlə yazılması heç də təsadüfi deyil. Bu, bir növ orduda xidmət edən, ordumuzun güclənməsi, qüdrətlənməsi naminə yorulmadan çalışan, fəal iştirak edən, əlindən gələni edən, bacardığı qədər bu prosesdə zəhməti olan insanların əməyinə veriləcək qiymətin və ordu quruculuğunda qısa müddət ərzində belə böyük uğurlar qazanmağa nail olmuş Azərbaycan dövlətinə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanına ehtiramın kiçik bir göstəricisidir.

Bu gün öz gücü, qüdrəti, imkanları, döyüş əzmi, mənəvi ruhu, təminatı, təchizatı, ən müasir döyüş vasitələrinə və sadalamadığımız digər parametrlərinə görə dünyanın 50 güclü ordusu sırasında özünə layiqli yer tutan ordumuz haqqında danışarkən adının böyük hərflərlə yazılması, sözün həqiqi mənasında, çox balaca və simvolik bir jest olduğunu başa düşmək çox da çətin deyil. Azərbaycan Ordusu bu gün nail olduğu uğurlara görə, sözün həqiqi mənasında, hörmətə, ehtirama, sevgiyə və dəstəyə layiq olan ORDUDUR.

Yola saldığımız may ayı tarixi və əlamətdar günlərlə zəngindir. Faşizm üzərində Qələbənin 75 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və 28 May - Respublika Günü. Bu bayramları hörmətlə və böyük ehtiramla qeyd edərkən, Vətənimizin çiçəklənməsi yolunda canını qurban verən, sağlamlığını itirən, xalqımız qarşısında xidmətləri olan insanların əməyi də daim böyük hörmətlə, minnətdarlıq hissi ilə qeyd edilir. Əlamətdar günlərdə həmin insanları xatırlayarkən və tarixi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışarkən Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixində ən böyük əsəri olan güclü, qüdrətli Azərbaycan Ordusundan danışmamaq düzgün deyil.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün qətiyyətlə davam etdirilən Azərbaycan Ordusunun inkişaf prosesi bütün illər ərzində daim yüksələn templə, planlı şəkildə həyata keçirilib.

Əslində, başqa cür ola da bilməz. Nankor qonşusu tərəfindən haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən bir ölkənin ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamağa, qüdrətlənməməyə mənəvi haqqı yoxdur. Ordumuz artıq bu parametrlərə cavab verən həddə yüksəlmişdir və yüksəlməkdə davam edir. Bunu bizdən zaman, xalq və dövlətimiz tələb edir.

Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Məhz buna görə də Ordumuzun güclü, müasir silahlara, döyüş qabiliyyətinə, döyüş ruhuna, qələbə əzminə malik olması labüddür, qaçılmazdır və zamanın tələbidir.

Deyirlər təkrar biliyin anasıdır. Bu deyimə əsaslanaraq son bir neçə il ərazində alınan, ölkəmizdə istehsal edilərək ordumuzun istifadəsinə verilən silahları bir daha sadalamaq yerinə düşər. “İldırım” və modernləşdirilmiş S-125, “РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi zenit-raket sistemləri, S-31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER”, yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA), eləcə də açıqlanması məqsədəuyğun olmayan digər hərbi döyüş vasitələri. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən bölmələrimiz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Buna heç şübhə edilməsin.

Döyüş əməliyyatlarının keçiriləcəyi ərazilərin xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınaraq düşmən üzərində qəti qələbəni təmin etmək məqsədilə ordumuzun silahlanmasına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da son müşavirədə qeyd etdiyi kimi, Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən alınan müasir silah və hərbi texnikalar, eləcə də digər hərbi təyinatlı avadanlıqların daxil edilməsi prosesi davam edir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, artıq ordumuzun imkanlarının gücləndirilməsi istiqamətində atılan addımlarda müasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələrini məhv etmək məsələsi daim ön planda yer alır. Tam qətiyyətlə deyə bilərik ki, düşmənlə döyüş meydanında üz-üzə gəlməzdən əvvəl, uzaq məsafədən zərbələr endirməklə onun hərbi strukturlarını iflic vəziyyətə salmaq, canlı qüvvələrini maksimum demoralizə etmək istiqamətində də artıq böyük işlər görülmüşdür. Ordumuzun sərəncamında olan və bir neçə yüz kilometrlərlə məsafədən yüksək dəqiqliklə atəş açmaqla böyük dağıdıcı imkanlara malik olan silahlar bunu deməyə əsas verir.

“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq” fikirlərini səsləndirməklə Müdafiə nazirimiz də yuxarıda qeyd etdiyimiz istiqamətdə böyük işlərin görüldüyü faktını təsdiqləyib.

Burada daha bir məqamı da təkrarən qeyd etmək yerinə düşər. Ordumuzun irimiqyaslı, genişmiqyaslı təlimlər keçirməsi, istifadəsində olan silahlardan bacarıqla yararlanması, qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını ustalıqla icra etməsi üçün yaradılan imkanlar həm ölkəmizin iqtisadi qüdrətindən xəbər verir, həm də böyük zəhmətin, elmi, mənəvi, fiziki ehtiyatların da səfərbər edilməsi deməkdir. Bunu hərbçilərimiz gözəl başa düşür. Xalqımız, dövlətimiz də əmin ola bilər ki, döyüş qabiliyyətinin artırılması məqsədilə gündəlik keçirilən məşqlərə və planlı şəkildə icra edilən təlimlərə yaradılan imkanların hədər getmədiyini ordumuz hər an düşmənlə döyüşdə sübut etməyə hazırdır və qadirdir. Necə ki, bunu 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt əməliyyatları zamanı əldə etdiyi uğurlarla sübut etdi. Bu gün tam əminliklə demək olar ki, həmin qələbələri yenidən təkrarlamağa ordumuzun gücü, imkanı, döyüş texnikası, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi tam yetərlidir.

PS: Yuxarıda qeyd etdiyimiz kimi bütün bu sadaladıqlarımızdan sonra əlimizi ürəyimizin üzərinə qoyaraq təkrarən deyə bilərik ki, Azərbaycan Ordusu bu müsbət fikirlərə və adının böyük hərflərlə yazılmasına layiqdir.

Fikrimcə dövlət müstəqilliyimizin qarantı olan ordumuzun bu xoş sözlərə layiq olduğunun daha bir göstəricisi, Azərbaycan Ordusunun müqayisə edildiyi, bir cərgədə adı çəkildiyi həmin ölkələrin ordu quruculuğu tarixi, dövlətlərin belə qüdrətli ordular yaratmaq üçün sərf etdikləri illər, verdiyi qurbanlar, dözdüyü məhrumiyyətlər və səfərbər etdikləri maddi resurslarıdır. Biz buna tarixi baxımdan çox qısa bir zaman kəsiyində nail olmuşuq ki, bu da alqışa layiq məqamdır.

Bəli bu gün 1000 illik, 500 illik ordu quruculuğu təcrübəsi olan ölkələrin orduları ilə eyni sırada Azərbaycan Ordusunun da adının çəkilməsi qürur, hörmət, sevgi, ehtiram və rəğbət hissi doğurur. Əgər ordumuzun uğurlarından danışarkən azərbaycanlıyam deyən kimsə bu gözəl hissləri keçirmirsə, duymursa, yaşamırsa, deməli, ya o şəxslərin daxilində bu gözəl duyğular yoxdur, ya da onlar özlərini azərbaycanlı hesab etmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahirə Hüseynova: Azərbaycan–Özbəkistan müttəfiqliyi təhsil əlaqələrinin inkişafına yeni imkanlar yaradır MÜSAHİBƏ

Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər

Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır

Auditoriyada keçən ömür

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb

Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır

Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir

Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb