İQTİSADİYYAT


Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna dair iclasda təmsil olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun (TBNM) inkişafı üzrə işçi qrupunun və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyası (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) ümumi yığıncağının cari ildəki ilk iclasında təmsil edilib.

AZƏRTAC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadla xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Rumıniya, Çindən olan dənizçilik, dəmir yolu idarələri, liman və logistika şirkətlərinin təmsilçilərinin qatıldığı 2 günlük toplantıda ASCO-nu qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Görüşdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, birliyin idarə heyətinin tərkibinin təsdiqlənməsi, TBNM üzrə 2020-ci il üçün daşınma həcminin təsdiqlənməsi, Hüquqi Şəxslər Birliyinin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq edilməsi, qurumun 2020-ci il üçün büdcəsinin və marketinq üzrə tədbirlər planının təsdiq edilməsi, “Anaklia İnkişaf Konsorsiumu” MMC-nin Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlərinin siyahısından çıxarılması, “Xi’an Continental Bridge International Logistics Co., Ltd.” (Çin), “Aktau Sea North Terminal LLP” (Qazaxıstan) birliyin assosiativ üzvləri sırasına daxil olunması, TBNM üzrə 2020-ci il üçün tarif şərtlərinin təsdiqlənməsi kimi məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Dəhlizin daha da inkişafı üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.