İDMAN
Azərbaycan muay-tayçıları Avropa çempionatında doqquz medal qazanıblar
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycanın muay-tay komandası İstanbulda keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, komandamızın üzvlərindən İzzət Həsənov, Emili Rzayeva, Xəyal Əliyev bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. Rəvan Qasımov gümüş, Murad Malıyev, Zaur Quluzadə, Natiq Əliyev, Amin Əlili, Nihad Şoranov bürünc medallara sahib olublar.
İdmançılarımız qitə çempionatında Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın baş məşqçisi Fəxri Əliyev və məşqçilər Mürsəli Yekibaşov və Elcin Eminovun rəhbərliyi altında mübarizə aparırlar.
Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Fərid Qarayev və hakim Həmidə Xəlilova təmsil edirlər.
Avropa çempionatına fevralın 20-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]