Azərbaycanın idman gimnastları “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar
Bakı, 13 oktyabr, AZƏRTAC
Bədii gimnastlarımızın ardınca, kişi və qadın idman gimnastlarımız da “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
AZƏRTAC xəbər verir ki, onlar bu uğuru Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında əldə ediblər.
Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq Olimpiya Oyunlarına vəsiqəni qazanıblar.
Qeyd edək ki, M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [22:17]
Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
- 02.09.2026 [20:50]
Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
- 02.09.2026 [20:05]
Elvin Cəfərquliyev əməliyyat olunub
- 02.09.2026 [18:30]
Milli Paralimpiya Komitəsi paraatletika üzrə “Açıq qapı” günü keçirəcək
- 02.09.2026 [17:10]
Bakıda “SportAccord” sammitinin hazırlığı müzakirə olunub
- 02.09.2026 [17:06]
“Neftçi” Kenan Piriç ilə yollarını ayırıb
- 02.09.2026 [13:12]
Polina Rəhimova milli komandadakı karyerasını başa vurub
İmişlidə avtomobil yanıb
- [21:08]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Hərracda 28 avtomobil satılıb
- [16:58]