Azərbaycanlı idmançılar ilk dəfə olaraq səmti müəyyən etmə üzrə dünya çempionatında iştirak edəcəklər
Bakı, 4 iyul (AZƏRTAC). Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə iyulun 6-dan 14-dək Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə dünya çempionatı keçiriləcəkdir.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatda dünyanın 74 ölkəsindən idmançılar qatılacaqdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmiz çempionatda iştirak etmək üçün Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası tərəfindən rəsmi dəvət almışdır.
Azərbaycanın milli yığması çempionatda iştirak etmək üçün artıq Finlandiyadadır. Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək milli yığma 4 idmançı, 1 məşqçidən ibarətdir.
Xəritə üzrə verilmiş istiqamətdə uzun və orta məsafələrdə qaçış, sprint və estafet yarışlarının keçirilməsi nəzərdə tutulan dünya çempionatının rəsmi açılış mərasimi iyulun 6-da baş tutacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [18:38]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:34]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [17:53]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:22]
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub
- 21.09.2026 [15:58]
Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib
- 21.09.2026 [15:52]