SİYASƏT


“BBC World News”: “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” VİDEO

Bakı, Sentyabr 15, AZƏRTAC

“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır.

AZƏRTAC xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan “BBC WORLD NEWS” telekanalında yayımlanan videoçarxda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkəmizdəki inkişafdan bəhs olunur.

Şuşa dağlarının görüntülərinin də yer aldığı videoçarxda “dağların buludlara qovuşduğu, mavi səmanın dənizdə əks olunduğu Azərbaycanı kəşf et” çağırışı səslənir. Azərbaycanda hər küçənin qədim tarixə malik olduğu və ölkənin sürətlə inkişaf edərək gələcəyə doğru inamla irəlilədiyi bildirilir.

Videoçarxda müasir texnologiyaların ölkəyə yeni fürsətlər gətirdiyi, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.