Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir
Bakı, 17 iyun, AZƏRTAC
İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər 2025–2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlığı Çərçivəsinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçiriblər.
Su təchizatının yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, özəl sektorun dəstəklənməsi, investisiya imkanlarının təşviqi və regional bağlantı layihələrində iştirak imkanları nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [17:35]
AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb
- 17.06.2026 [17:04]