MƏDƏNİYYƏT


Bakıda Rusiyanın tanınmış pianoçusu çıxış edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, tanınmış pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti Nikolay Luqanskinin iştirakı ilə konsert olub.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil edilib.

Nikolay Luqanskinin və Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Prokofyevin 2 nömrəli fortepiano üçün konserti və İohannes Bramsın 1 nömrəli simfoniyası səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.