ELM VƏ TƏHSİL


Beşinci və yeddinci siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin beşinci və yeddinci siniflərinə qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, lisey və məktəb-liseylərin beşinci və yeddinci siniflərinə qəbul iyunun 22-də müsabiqə yolu ilə aparılacaq. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin beşinci sinfinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.

Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin beşinci sinfinə qəbul üçün 1.315 sorğu yerləşdirilib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin yeddinci sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) sənəd qəbulu prosesi də başa çatıb.

Tədris planına əsasən, lisey və məktəb-liseylərin yeddinci siniflərinə qəbul üzrə müsabiqədə profil sahəsinə uyğun olaraq (humanitar, texniki, təbiət) 2.142 şagird iştirak edəcək.

Qeyd edək ki, elektron sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmini məqsədilə tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.