Bill Qeyts: yeni preparatların hazırlanması koronavirusla mübarizəni asanlaşdıra bilər
Bakı, 24 iyul, AZƏRTAC
Mütəxəssislər cari ilin sonlarına qədər koronavirusa yoluxan insanlara kömək edəcək yeni effektiv preparatlar hazırlaya bilər. Bu, infeksiyanın yayılması ilə mübarizəni yüngülləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri “Microsoft” kompaniyasının banisi Bill Qeyts CNN telekanalına müsahibəsində səsləndirib.
Milyarder mütəxəssislərin 2021-ci ilə qədər yoluxmaların müəyyən olunması üsullarını təkmilləşdirəcəyini güman edir. Onun sözlərinə görə, COVID-19 infeksiyasına yoluxanlara kömək edəcək preparatların hazırlanmasından vaksin qədər bəhs edilməsə də, o daha perspektivli istiqamətdir.
Bill Qeytsin fikrincə, vaksindən istifadə 2021-ci ilin sonuna qədər “varlı ölkələrdə” koronavirusun sürətli yayılmasını dayandıracaq, bundan on ay sonra isə bütün dünyada vəziyyəti nəzarət altına almaq mümkün olacaq.
Qeyd edək ki, Bill Qeyts və həyat yoldaşı Melindanın rəhbərlik etdiyi xeyriyyə fondu artıq koronavirus infeksiyası ilə mübarizəyə 300 milyon dollar vəsait ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]