CƏMİYYƏT


Bu gündən ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir

Bakı, 8 sentyabr, AZƏRTAC 

Sentyabrın 8-dən başlayaraq müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmət göstərmək mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq bu gündən etibarən ictimai iaşə obyektlərinin daxilində saat 00:00-a qədər xidmət göstərilməsinə icazə verilir.

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.