Naxçıvanda istehlakçılara 4,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Naxçıvan, 22 iyun, AZƏRTAC
Cari ilin yanvar–may ayları ərzində muxtar respublika üzrə istehlakçılara 812,3 min manat ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,9 milyon manatdan çox olub.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [15:13]
Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib
- 22.06.2026 [14:29]