Çin otellərində yataq ağı özünün təmiz olub-olmamasını bildirəcək
Bakı, 18 iyul, AZƏRTAC
Çindəki otellərin biri öz qonaqlarına yeni imkan təklif edəcək: onlar yataq ağlarını, digər yataq və hamam ləvazimatının nə dərəcədə təmiz olduğunu görə biləcəklər.
AZƏRTAC “Turizm.ru” saytına istinadla xəbər verir ki, Uxan şəhərinin otelləri istiliyə və suya davamlı nazik çiplərlə təchiz olunmuş dəsmal, döşəkağı və toxunma adyallar alacaq. Qonaqlar yataq ləvazimatının sonuncu dəfə nə vaxt yuyulmasını, habelə onların dəyişdirilməsini xahiş edəndən sonra hara göndərilməsini mobil telefonun köməyi ilə izləyə biləcəklər. Bu yeniliyin təşəbbüskarları bildirirlər ki, mehmanxanalar yataq ləvazimatının keyfiyyətinə nəzarət etmək, qonaqlar isə onların təmizliyini yəqin etmək imkanı qazanacaq və nahaq yerə narahat olmayacaqlar.
Çindəki otellərin əksəriyyəti paltar yumaq üçün kənar camaşırxana şirkətlərindən istifadə edirlər. Yeni texnologiya bu otellərdə xidmətin keyfiyyətini yaxşılaşdıracaq. Uxan şəhərində test yoxlamasından sonra bu texnologiya bütün ölkədə yayıla bilər.
2017-ci ildə Çinin turizm sahəsinin hakimiyyət orqanları xoşagəlməz bir vəziyyətlə üzləşiblər. O vaxt Pekinin dəbdəbəli otellərində quraşdırılmış gizli kameralarla çəkilmiş videoyazılar internetdə yayılmışdı. Videodan göründüyü kimi, bu otellərin əməkdaşları tualetlərin yuyulması və döşəkağıların dəyişdirilməsi zamanı əsas təmizlik standartlarına riayət etmirlər. Bir il sonra məlum oldu ki, Pekinin və Şanxayın 14 mehmanxanasında nömrələrdəki stəkanlar və digər qablar vanna otaqlarının yığışdırılması zamanı istifadə edilən dəsmal və süngərlərin köməyi ilə təmizlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [14:18]
Rusiya portalı Bakının on yaraşıqlı binasının icmalını təqdim edib
- 06.02.2026 [16:37]
Azərbaycanın turizm imkanları Türkiyədə beynəlxalq sərgidə təqdim olunur
- 05.02.2026 [17:22]
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
- 03.02.2026 [15:07]
Azərbaycan ilə Meksika arasında turizm əlaqələri müzakirə edilib
- 30.01.2026 [11:43]
Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir
- 29.01.2026 [14:42]
Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb
- 29.01.2026 [10:20]
İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]
Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?
- 10.02.2026 [23:23]
“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər
- 10.02.2026 [23:10]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:46]
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
- 10.02.2026 [22:28]
Aprel ayında “ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək
- 10.02.2026 [22:09]
ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir
- 10.02.2026 [21:49]
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 10.02.2026 [21:33]
Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir
- 10.02.2026 [21:30]
Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb
- 10.02.2026 [21:17]
Magistral yolda idarəetmədən çıxan avtomobil ölümə səbəb olub
- 10.02.2026 [21:07]
Bakıda İranın milli bayramı qeyd olunub
- 10.02.2026 [20:39]
Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib
- 10.02.2026 [20:15]
Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 10.02.2026 [20:10]
Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək – MÜSAHİBƏ
- 10.02.2026 [19:50]
Vens: Bu, Prezident Əliyevin liderliyinin bariz nümunəsidir
- 10.02.2026 [19:39]
Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək
- 10.02.2026 [19:24]
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
- 10.02.2026 [19:23]
Vens: Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu
- 10.02.2026 [19:20]
Süni intellekt iş yükünü azaltmır, əksinə artırır - Tədqiqat
- 10.02.2026 [19:06]
Rəhman Quliyev: Qış turizmi yerli sahibkarlığın inkişafını stimullaşdırır
- 10.02.2026 [18:50]
Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb
- 10.02.2026 [18:24]
Reytinq turnirində medal qazanan güləşçi: Çox sevincli və qürurluyam
- 10.02.2026 [18:24]
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana getməkdən çox məmnunuq
- 10.02.2026 [18:22]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?
- 10.02.2026 [18:22]
AQTİ sertifikatlaşdırmanı davam etdirir
- 10.02.2026 [18:15]
Böyük Dil Modelləri həmişə doğru cavab vermir – Mütəxəssis izah edir
- 10.02.2026 [18:07]
Qurban Qurbanov: Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi
- 10.02.2026 [18:07]