MƏDƏNİYYƏT


Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi Odessada da anılacaq

Odessa, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Ukraynanın Odessa şəhərində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anım günü ilə bağlı konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Odessa şəhər filarmoniyasında keçiriləcək “Müslüm Maqomayevin xatirə gecəsi” adlı konsertdə Ukraynanın tanınmış müğənniləri, beynəlxalq müsabiqələrin laureatları, o cümlədən həmyerlimiz, Ukraynanın Xalq Artisti Qurban Abbasov dahi sənətkarımızın repertuarından mahnılar ifa edəcəklər.

Oktyabr və noyabr aylarında Ukraynanın bir sıra şəhərlərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertlər, müsabiqələr keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.