Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda yaradılır

Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda yaradılır

Bakı, 31 avqust, AZƏRTAC

Rusiyalı biznesmenlər Qod Nisanov və Zarah İliyev dünyada dağ yəhudilərinin ilk muzeyini Azərbaycanda yaradırlar.

AZƏRTAC “Vesti” saytına istinadla xəbər verir ki, Quba rayonundakı Qırmızı qəsəbədə dünyada ilk dağ yəhudiləri muzeyinin açılışına hazırlıq işləri görülür. Bu kulturologiya layihəsinin ideoloqları və sərmayədarları moskvalı iş adamları, “Kiyevskaya ploşad” şirkətlər qrupunun sahibləri Qod Nisanov və Zarah İliyev, həmçinin STMEQİ xeyriyyə fondudur. Qırmızı qəsəbənin yetirmələri olan mesenatlar Rusiyada çoxdan yaşamalarına və fəaliyyət göstərmələrinə baxmayaraq öz kiçik vətənlərini də unutmurlar və qəsəbəyə hərtərəfli yardım göstərirlər. Məişət əşyalarının, milli geyimlərin, kitabların, dağ icmasının tarix və ənənələrinin qorunacağı muzeyin yaradılması ideyası bir neçə il bundan öncə meydana gəlib. 2017-ci ildə onun həyata keçirilməsinə başlanılıb. Muzey üçün binanın qəsəbədə olan 7 sinaqoqdan biri - Karhoq sinaqoqunun seçilməsi rəmzi məna daşıyır. Bu ibadət yeri sovet hakimiyyəti dövründə ərzaq anbarı kimi istifadə olunub. Sərmayəçilər qərara gəliblər ki, muzeyin əsas eksponatı elə sinaqoqun binası olmalıdır. O, ilkin eskizlərə uyğun olaraq bərpa olunub.

Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Onun daxilində mümkün qədər daha çox eksponatın yerləşdirilməsi üçün bina iki yarusa bölünüb. Sərgi zalları ilə yanaşı, onun zirzəmi hissəsində konfrans zalı, kitabxana və ehtiyat otaq yaradılıb.

Muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini STMEQİ fondu öz üzərinə götürüb. Bu, dünyada dağ yəhudilərini birləşdirən ən böyük təşkilatdır. Hələ layihənin hazırlanması mərhələsində fond diaspor və icmalara müraciət edərək onları qədim əşyaların tapılmasına çağırıb. Həmçinin, fond muzeyin bədii tərtibatını da özü həyata keçirib.

Muzeydəki ilk nadir eksponatlar arasında XIX əsrdə toxunmuş tales (örtük ) var. İbadət üçün nəzərdə tutulan bu örtüyün nümunəsindən İsrailin dövlət bayrağının yaradılmasında da istifadə olunub. Taleslərdən toy baldaxinləri kimi də istifadə edilib. Diqqəti cəlb edən daha bir əşya həmin dövrün atlı ekipajıdır. Bundan başqa, muzeydə müxtəlif kitablar və sənədlər, məsələn, ktuba - nikah ayini müqaviləsi təqdim edilir. Bir çox qədim nəşrlər indiyədək qorunub saxlanılan cuuri üzərində semit, fars və türk dillərinin sintezi şəklində təqdim olunur. Qod Nisanov və Zarah İliyev əmindirlər ki, bir yerdə toplanılmış kitablar gələcəkdə dilin qorunmasına və dağ yəhudilərinin danışdıqları unikal dialektin öyrənilməsinə kömək edəcək.

Qırmızı qəsəbə öz-özlüyündə turistləri cəlb edən unikal bir məkandır. Bakının 168 kilometrliyində yerləşən bu qəsəbəni Yəhudi Slobodası da adlandırıblar. Onun bugünədək postsovet məkanında dağ yəhudilərinin yeganə kompakt yaşayış məkanı olması da maraq doğurur. Həm də Azərbaycanda bu cür iki milli icma - aşkenazilər və gürcü yəhudiləri mövcuddur. Lakin onlar ən çox Quba rayonunda məskunlaşıblar. Ekspertlər qeyd edirlər ki, yalnız Azərbaycan yəhudiləri öz kimliklərini qoruyub saxlaya bilib, heç vaxt təqiblərə, talanlara və antisemitizmə məruz qalmayıblar. Azərbaycandakı milli çoxluq hər zaman vurğulayıb ki, o, özünün multikulturalizm və tolerantlıq ənənələrinə sadiqdir. Təsadüfi deyil ki, ölkənin paytaxtı Bakını “beynəlmiləl şəhər” adlandırırlar.

Ötən ilin sonunda Qırmızı qəsəbədə olan dramaturq və İsrailin Baş Nazirinin qardaşı İdo Netanyahu xüsusi olaraq qeyd edib ki, Azərbaycanda qədim ənənələrin qorunub saxlanılmasına həssas yanaşırlar. O deyib: “Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə diqqət və qayğısını yüksək qiymətləndirirəm, bu, dünyada dialoq və qarşılıqlı anlaşma üçün nümunə ola bilər”. Netanyahu yerli sinaqoqları və Qod Nisanov və Zarah İliyevin tikintisini həyata keçirdikləri muzeyi də ziyarət edib. O zamanlar Qəsəbənin memarlıq üslubunu məhz sinaqoqlar müəyyən ediblər: onlardan 13-dən günümüzə yalnız 7-si gəlib çıxıb. Lakin Qırmızı qəsəbədə ümidvardırlar ki, haçansa bu sinaqoqların hamısını bərpa etmək mümkün olacaq.

Qəsəbənin daha bir qürur mənbəyi onun sakinləridir. Buradakı dağ yəhudiləri əsrlər boyu dostluq və anlaşma şəraitində yaşayıblar. Lakin 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması və Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 15 minlik dağ yəhudilərinin əksəriyyəti qəsəbəni tərk etməyə məcbur olub. Bununla belə, bu proseslər də həmin xalqın unikal tarixini və ənənələrini qoruyub saxlamağa əngəl olmayıb.

Bu qəsəbədə indiyədək Fars imperiyasından Qafqaza ilk köçkünlərin - eramızdan əvvəl VII əsrdə İudeyadan (Roma imperiyasının vilayəti) qovulmuş və Assuriya çarı Sinaxxeribin əsiri olanların xələfləri indi də cuuri dilində danışırlar. Qırmızı qəsəbənin sakinləri həm də Azərbaycan, rus dillərini mükəmməl bilirlər. Lakin onlar öz yaxınlarının və doğmalarının qəbirlərini ziyarət edərkən yalnız cuuri dilində danışırlar.

Həmyerliləri ilə bir araya gələn insanlar heç vaxt öz mənşəyini unutmurlar. Tale dağ yəhudilərini bütün dünyaya səpələyib, lakin onlar bütün mühüm tədbirlər üçün məhz Qırmızı qəsəbəyə toplaşırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Gənc riyaziyyatçı: Qazandığım bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir?

Erlinq Holann Mançester derbisində komandasına qələbə qazandırıb

Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Bu saata olan əsas xəbərlər

Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcəyi açıqlanıb

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

Avropa Komissiyası data-mərkəzlərin inkişafının enerji sistemi ilə uzlaşdırılmasını vacib sayır

Sabahdan Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Avropada qaz ehtiyatlarının azalması enerji bazarlarında riskləri artırır

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

Mingəçevirdə yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO

İndoneziyaya məxsus bərə qəzaya uğrayıb, ölənlər və itkin düşənlər var

Xorvatiyada mənzil kirayəsi qaydalarının dəyişdirilməsi təklif olunur

Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır

Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA

Dosent: Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri sistemli şəkildə inkişaf etdirilir

8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir YENİLƏNİB

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

AZƏRTAC yeni podkast layihəsinə başlayır VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Berlində avtobus ağaca çırpılıb, 15 nəfər xəsarət alıb

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

Madrid - üç məkan, üç fərqli hekayə, bir şəhər FOTOREPORTAJ

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

“Mənim rəngli dünyam”: Qaxdakı rəsm sərgisindən rəngli görüntülər

Qaraməryəm-İsmayıllı-Şəki yolunda avtomobil aşıb, sərnişin həyatını itirib

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq istəyir

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib

Kuşner ərazi mövzusunu Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb

Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb

İsmayıllıda yol qəzasında bir nəfər ölüb

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq VİDEO

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq VİDEO

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək VİDEO

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək VİDEO

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb VİDEO

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb VİDEO

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO