SİYASƏT


Fransis Delmas: Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar əlaqələrimizi əbədiləşdiriblər

Vaysak, 29 oktyabr, AZƏRTAC 

Azərbaycanı meriyamızın ərazisində yerləşən, İkinci Dünya Müharibəsi zamanı Kabertat Partizan Hərəkatının məskunlaşdığı məkanda dəfn olunmuş azərbaycanlı partizanların sayəsində qiyabi tanıyırıq. Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar əlaqələrimizi əbədiləşdiriblər.

Bu fikri İkinci Dünya Müharibəsində Kabertat Partizan Hərəkatının fəaliyyət göstərdiyi Vaysak kommunasının meri Fransis Delmas AZƏRTAC-a müsahibəsində söyləyib.

Qeyd edib ki, Azərbaycan ilə əməkdaşlıqda, daha sıx əlaqələrin qurulmasında maraqlıdırlar.

“Əhmədiyyə Cəbrayılovu (Ahmed Mişel) hamı tanıyır, onun şücaətini hamı bilir. Mən onun haqqında müqavimət hərəkatının iştirakçılarından eşitmişdim. Kabertat meşəliyi onların məkanı olub. Burada onlar Fransanın nasistlərdən azad edilməsi uğrunda döyüşüblər. Bu məkanda ümumi xatirə məkanı var, ancaq Ahmed Mişel üçün əlavə stell qoyulub. Onun xatirəsini daim yad edirik”, - deyə mer Fransis Delmas bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaysak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.