İDMAN


“Fuad Cəfərov Memorialı – 2022” şahmat festivalının qalibləri müəyyənləşib

Bakı, 5 iyul, AZƏRTAC

“Fuad Cəfərov Memorialı – 2022” şahmat festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın open turniri İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub. Yekunda 6 xal toplayan Emil Mehrəliyev birinci yeri tutub. Qalibdən əlavə göstəricilərə görə geri qalan Elvin Bayramov ikinci, aktivində 5,5 xalı olan Paşam Əlizadə üçüncü olublar.

Uşaqlar arasında yarışda Kənan Nəcəfli (12 yaş) əsas mükafata layiq görülüb. Sürətli şahmat yarışında Sumqayıt təmsilçisi beynəlxalq usta Murad İbrahimli qələbə qazanıb. Digər kateqoriyada isə Xəzər Babazadə-Tunar Davudov dueti qalib elan olunub.

Qeyd edək ki, məhrum Fuad Cəfərov beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Mərkəzinin ilk direktoru olub. O uzun illər Bakı və ölkə ərazisində keçirilən şahmat yarışlarının əsas təşkilatçısı olmaqla, uşaq şahmatının inkişafında böyük rol oynayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.