REGİONLAR


Füzuli kümçüləri üç gün ərzində beş tona yaxın barama tədarük ediblər

Füzuli kümçüləri üç gün ərzində beş tona yaxın barama tədarük ediblər

Füzuli, 30 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunda barama tədarükünə üç gündür başlanılıb. Artıq kümçülərin yetişdirdikləri beş tona yaxın məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu yetişdirib. Cari mövsümdə Füzulidə 50 tondan artıq barama tədarük ediləcəyi gözlənilir.

Qeyd edək ki, Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına bir neçə ildir başlanılıb. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama isehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.